Məhkəmə qərarları › İş №e-2(022)-2035/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2035/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2035/2025 05.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli, 06/21-143 saylı alqı-satqı müqaviləsinə əsasən Kərimova X1 rayonu, Nəsimi kəndi ərazisində yerləşən 1 (bir) hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçınə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçındən 286 (iki yüz səksən altı) manat məbləğində avans götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh sifarişi əsasında 38 (otuz səkkiz) manat məbləğində 1-ci şum, 34 (otuz dörd) manat məbləğində mala çəkmə, 14 (on dörd) manat məbləğində çiyid səpini, 48 (qırx səkkiz) manat məbləğində kultuvasiya, 32 (otuz iki) manat məbləğində boroza, 120 (yüz iyirmi) manat məbləğində gübrə, cəmi 286 (iki yüz səksən altı) manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 130.20 (yüz otuz manat iyirmi qəpik) manat məbləğində, 186 (yüz səksən altı) kiloqram kq xam-pambıq təhvil vermiş, bununla da İddiaçınə 155.80 (yüz əlli beş manat səksən qəpik) manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq Cavabdeh borcunu tam ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. İddiaçının tələbi: 06 dekabr 2021-ci il tarixli, 06/21-143 saylı müqaviləyə əsasən 155.80 (yüz əlli beş manat səksən qəpik) manat borcun, 15.58 (on beş manat əlli səkkiz qəpik) manat cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 06 dekabr 2021-ci il tarixli, 06/21-143 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh məxsus torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini öz öhdəsinə götürmüş, Cavabdeh isə yığılmış pambıq məhsulunun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində İddiaçınə təhvil verməyi öz öhdəsinə götürmüşdür. 27 yanvar 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktının surətindən görünür ki, Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində 1-ci şum, 34 (otuz dörd) manat məbləğində mala çəkmə, 14 (on dörd) manat məbləğində çiyid səpini, 48 (qırx səkkiz) manat məbləğində kultuvasiya, 32 (otuz iki) manat məbləğində boroza, 120 (yüz iyirmi) manat məbləğində gübrə, cəmi 286 (iki yüz səksən altı) manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 130.20 (yüz otuz manat iyirmi qəpik) manat məbləğində 186 (yüz səksən altı) kiloqram xam-pambıq təhvil vermiş, lakin İddiaçınə 155.80 (yüz əlli beş manat səksən qəpik) manat məbləğində borcu qalmışdır. 17 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borc məbləğinin qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks halda, borcun ödənilməsi istiqamətində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 dekabr 2021ci il tarixli, 06/21-143 saylı alqı-satqı müqaviləsinə əsasən, 155.80 (yüz əlli beş manat səksən qəpik) manat borc məbləği və 15.58 (on beş manat əlli səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 171.38 (yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 144-5, 144-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 06 dekabr 2021-ci il tarixli, 06/21-143 saylı müqavilə üzrə ödənilməmiş borc qismində 155.80 (yüz əlli beş manat səksən qəpik) manat, 15.58 (on beş manat əlli səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 171.38 (yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar