Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-204/2024 10.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 dekabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar Biləsuvar rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(022)- 204/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəsinin iddia icraatına keçirilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Biləsuvar rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(022)-204/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 12 avqust və 13 avqust 2024-cü il tarixlərdə iddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə” informasiya sitemi vasitəsilə məhkəməyə ünvanladığı ərizələrində göstərmişdir ki, iddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia qaldırmışdır. Hal-hazırda cavabdeh tərəfindən borc tam ödənilmişdir. İş üzrə Biləsuvar rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(022)-204/2024 saylı qərardadı ilə məhkəmə-mühəndis-texniki ekspertizası təyin edilmişdir. Hazırda həmin ekspertizanın küçirilməsinə zərurət yoxdur. Buna görə də iddiaçı iddiadan imtina edir. Sonda, Ə.S.İmanov iş materiallarının məhkəmə ekspertiza mərkəzindən geri qaytarılmasını tələb ediməsini, iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi Ə.S.İmanov iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 20 avqust 2024-cü il traixli, 3-16-16/2-3/966 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının nümayəndəsinin iddiadan imtina etməsinin onun heç bir hüququnu pozmadığını, iddiaçıya olan borcunu artıq tam ödədiyini və işin icraatına xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi, bununla əlaqədar iddiaçının nümayəndəsinin iddiadan imtinasının qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsinin iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçının nümayəndəsinə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı nümayəndəsinin iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 23 iyun 2021-ci il tarixli, 130164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 899 manat, cərimə qismində 247 manat 50 qəpik, cəmi 1.146 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-204/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-204/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver