Məhkəmə qərarları › İş №e-2(022)-2129/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2129/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2129/2025 21.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 198 (yüz doxsan səkkiz) manat 95 (doxsan beş) qəpik əsas, həmin gün üçün hesablanmış 62 (altmış iki) manat 50 (əlli) qəpik cərimə, cəmi 261 (iki yüz altmış bir) manat 45 (qırx beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “Ventto Electronics MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 499 manata nisyə telefon və blutuz qulaqlıq satmışdır. Cavabdeh hər ay 49.90 manat ödəmək şərti ilə 10 ay müddətinə, hər ayın 29-dək ödəmək şərti ilə ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2024-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 198,95 manat əsas, həmin gün üçün hesablanmış 62,50 manat cərimə, cəmi 261,45 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 198,95 manat əsas, həmin gün üçün hesablanmış 62,50 manat cərimə, cəmi 261,45 manat ümumi borc yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü ildə bağlanmış 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 499 manata nisyə telefon və blutuz qulaqlıq satmışdır. Cavabdeh hər ay 49.90 manat ödəmək şərti ilə 10 ay müddətinə, hər ayın 29-dək ödəməyi öz üzərinə götmüşdür. İşdə olan İddiaçı xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 198 (yüz doxsan səkkiz) manat 95 (doxsan beş) qəpik əsas, həmin gün üçün hesablanmış 62 (altmış iki) manat 50 (əlli) qəpik cərimə, cəmi borcu 261 (iki yüz altmış bir) manat 45 (qırx beş) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 198 (yüz doxsan səkkiz) manat 95 (doxsan beş) qəpik əsas, həmin gün üçün hesablanmış 62 (altmış iki) manat 50 (əlli) qəpik cərimə, cəmi 261 (iki yüz altmış bir) manat 45 (qırx beş) qəpik borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 198 (yüz doxsan səkkiz) manat 95 (doxsan beş) qəpik əsas, həmin gün üçün hesablanmış 62 (altmış iki) manat 50 (əlli) qəpik cərimə, cəmi 261 (iki yüz altmış bir) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 142697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 198 (yüz doxsan səkkiz) manat 95 (doxsan beş) qəpik əsas, həmin gün üçün hesablanmış 62 (altmış iki) manat 50 (əlli) qəpik cərimə, cəmi 261 (iki yüz altmış bir) manat 45 (qırx beş) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar