Məhkəmə qərarları › İş №e-2(022)-213/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-213/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-213/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abaullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 4159 (dörd min yüz əlli doqquz) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23 (iyirmi üç) manat, 60 (altmış) qəpik, 1247 (bir min iki yüz qırx yeddi) manat, 94 (doxsan dörd) qəpik dəbbə, ümumilikdə, 5431 (beş min dörd yüz otuz bir) manat 34 (otuz dörd) qəpik borc və 74 (yetmiş dörd) manat 32 (otuz iki) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5431.34 (beş min dörd yüz otuz bir manat, 34 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4409.82 (dörd min dörd yüz doqquz manat, 82 qəpik) manat (yəni 18 ay x 244.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 5431.34 (beş min dörd yüz otuz bir manat, 34 qəpik) manat olmaqla ondan 4159.8 (dörd min yüz əlli doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 1247.94 (bir min iki yüz qırx yeddi manat, 94 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 250.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 06122002 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER 18 ay müddətinə hər ay 244.99 manat ödəmək şərti ilə 4409.82 (dörd min dörd yüz doqquz manat, 82 qəpik) manata almışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 06122002 saylı müqaviləsinə əsasən İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 4159 (dörd min yüz əlli doqquz) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23 (iyirmi üç) manat, 60 (altmış) qəpik rüsum, 1247 (bir min iki yüz qırx yeddi) manat 94 (doxsan dörd) qəpik dəbbə, ümumilikdə borcu 5431 (beş min dörd yüz otuz bir) manat 34 (otuz dörd) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə uyğun olaraq hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2024-cü il tarixli 06122002 saylı müqavilə üzrə 1247 (bir min iki yüz qırx yeddi) manat, 94 (doxsan dörd) qəpik dəbbə pulunun əsas borc məbləğinə tənasübsüz olması nəzərə alınmaqla 120 (yüz iyirmi) manatadək azaldılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 06122002 saylı müqavilə üzrə İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 4159 (dörd min yüz əlli doqquz) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 120 (yüz iyirmi) manat dəbbə pulu, ümumilikdə 4303,40 (dörd min üç yüz üç manat, qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 (yetmiş dörd) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İmei kod **********67593 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 4159 (dörd min yüz əlli doqquz) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23 (iyirmi üç) manat 60 (altmış) qəpik, 120 (yüz iyirmi) manat dəbbə pulu, ümumilikdə 4303,40 (dörd min yüz üç manat, qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 (yetmiş dörd) manat 32 (otuz iki) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar