Məhkəmə qərarları › İş №e-2(022)-2132/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-2132/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-2132/2025 26.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Xanbala oğluna qarşı xam pambığın alıq satqısına dair 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı müqaviləsi üzrə ödənilməmiş borc qismində 8.430 manat 46 qəpik, cərimə qismində 843 manat 04 qəpik, cəmi 9.273 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 dekabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 Xanbala oğluna qarşı xam pambığın alıq satqısına dair 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı müqaviləsi üzrə ödənilməmiş borc qismində 8.430 manat 46 qəpik, cərimə qismində 843 manat 04 qəpik, cəmi 9.273 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş kiçik iddialara dair işlər üzrə iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehlərdən tələb etdiyi ümumi pul məbləği 9.273 manat 50 qəpikdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, verilmiş tələb 5.000 manatdan çox olduğuna görə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Xanbala oğluna qarşı xam pambığın alıq satqısına dair 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı müqaviləsi üzrə ödənilməmiş borc qismində 8.430 manat 46 qəpik, cərimə qismində 843 manat 04 qəpik, cəmi 9.273 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edildiyinə görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt iş üzrə dövlət rüsumu qismində 11 dekabr 2025-ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 112 manat 73 qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Xanbala oğluna qarşı xam pambığın alıq satqısına dair 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı müqaviləsi üzrə ödənilməmiş borc qismində 8.430 manat 46 qəpik, cərimə qismində 843 manat 04 qəpik, cəmi 9.273 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 11 dekabr 2025-ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 112 manat 73 qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar