Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2163/2025 05.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKAİSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XXXXİDMƏTİ üçün 2209,91 (iki min iki yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, 220,99 (iki yüz iyirmi manat, 99 qəpik) manat cərimə, ümumilikdə 2430,90 manat borc və 44,31 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET XXXL XİDMƏTİ almış və nəticədə 2430,90 (iki min dörd yüz otuz manat, 90 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3998,88 (üç min doqquz yüz doxsan səkkiz manat, 88 qəpik) manat (yəni 18 ay x 222,16 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA 3 XİDMƏTİ, PAKET XXXL XİDMƏTİ üçün ümumilikdə 2430,90 (iki min dörd yüz otuz manat, 90 qəpik) manat olmaqla, ondan 2209,91 (iki min iki yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 220,99 (iki yüz iyirmi manat, 99 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1788,97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XXXXİDMƏTİ 3998,88 (üç min doqquz yüz doxsan səkkiz manat, 88 qəpik) manat 18 ay müddətinə hər ay 222.16 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XXXXİDMƏTİ üçün 2209,91 (iki min iki yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, 220,99 (iki yüz iyirmi manat, 99 qəpik) manat cərimə, ümumilikdə borc 2430,90 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2025-ci il tarixli kredit müqavilələri üzrə 220,99 (iki yüz iyirmi manat, 99 qəpik) manat cərimə məbləğinin 30 (otuz) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XXXXİDMƏTİ üçün 2209 (iki min iki yüz doqquz) manat, 91 (doxsan bir) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat 91 (doxsan bir) qəpik pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 42 (qırx iki) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45115 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, APPLE AİRPODS 2 QULAQLİQ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ QULAQLİQ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XXXXİDMƏTİ üçün 2209 (iki min iki yüz doqquz) manat 91 (doxsan bir) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 39 (otuz doqquz) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-2163/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2163/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver