Məhkəmə qərarları › İş №e-2(022)-220/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-220/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-220/2024 22.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı əsas borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc qismində 1356 (min üç yüz əlli altı) manat məbləğində əsas borc, 136 (yüz otuz altı) manat məbləğində cərimə, 34 (otuz dörd) manat 92 (doxsan iki) qəpik məbləğində dövlət rüsumu, cəmi 1526 (min beş yüz iyirmi altı) manat 92 (doxsan iki) qəpik məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0041705 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2589 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2589 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 1233 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixə 136 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0041705 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2589 manat məbləğində pulu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 216 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış R0041705 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1356 (min üç yüz əlli altı) manat məbləğində əsas borc, 136 (yüz otuz altı) manat məbləğində cərimə borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış R0041705 nömrəli, xx.xx.2022-ciil tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdehnun İddiaçı MMC-yə borcu xx.xx.2023-cü il tarixə R0041705 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 1356 (min üç yüz əlli altı) manat məbləğində əsas borc, 136 (yüz otuz altı) manat məbləğində cərimə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh R0041705 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 1356 (min üç yüz əlli altı) manat məbləğində əsas borc, cərimə borcu qismində 136 (yüz otuz altı) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 34 (otuz dörd) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə 1356 (min üç yüz əlli altı) manat məbləğində əsas borc, 136 (yüz otuz altı) manat cərimə, 34 (otuz dörd) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu, cəmi 1526 (min beş yüz iyirmi altı) manat 92 (doxsan iki) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar