Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-235/2024 22.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5OYUN PULTU üçün 1219 (bir min iki yüz on doqquz) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 14 (on dörd) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV 512 (beş yüz on iki) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 51 (əlli bir) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 SAAT üçün 316 (üç yüz on altı) manat 02 (iki) qəpik ödənilməmiş hissə, 31 (otuz bir) manat 98 (doxsan səkkiz) qəpik cərimə, ümumilikdə 2253 (iki min iki yüz əlli üz) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 53 (əlli üç) qəpik Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 OYUN PULTUL, G LED TV , APPLE WATCH 7 SAAT almış və nəticədə 2253 (iki min iki yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1699.86 (bir min altı yüz doxsan doqquz manat səksən altı qəp) manat (18 ay x 77.77 manat + 300 manat ilkin ödəniş) PLAYSTATİON 5, PS5 OYUN PULTU üçün ümumilikdə, 1341 (bir min üç yüz qırx bir) manat olmaqla ondan, 1219.86 (bir min iki yüz on doqquz manat səksən altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121.14 (yüz iyirmi bir manat on dörd qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 749.04 (yeddi yüz qırx doqquz manat dörd qəp) manat (12 ay x 53.92 manat + 102 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 564 (beş yüz altmış dörd) manat olmaqla ondan,512.04 (beş yüz on iki manat dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.96 (əlli bir manat doxsan altı qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1392.02 (bir min üç yüz doxsan iki manat iki qəp) manat (18 ay x 62.89 manat + 260 manat ilkin ödəniş) APPLE WATCH 7 SAAT üçün ümumilikdə, 348 (üç yüz qırx səkkiz) manat olmaqla ondan, 316.02 (üç yüz on altı manat iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.98 (otuz bir manat doxsan səkkiz qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1793 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022 -ci il , xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2023-cü i il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5OYUN PULTU 1699.86 manata, 18 ay müddətinə hər ay 77.77 manat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV 749.04 manata, 12 ay müddətinə hər ay 53.92 manat və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 SAAT1392.02 manata, 18 ay müddətinə hər ay 62.89 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, cavabdehin PLAYSTATİON 5, PS5OYUN PULTU üçün 1219 (bir min iki yüz on doqquz) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 14 (on dörd) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV 512 (beş yüz on iki) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 51(əlli bir) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 SAAT üçün 316 (üç yüz on altı) manat 02 (iki) qəpik ödənilməmiş hissə, 31 (otuz bir) manat 98 (doxsan səkkiz) qəpik cərimə, ümumilikdə 2253 (iki min iki yüz əlli üz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5OYUN PULTU üçün 1219 (bir min iki yüz on doqquz) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 14 (on dörd) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV 512 (beş yüz on iki) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 51(əlli bir) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 SAAT üçün 316 (üç yüz on altı) manat 02 (iki) qəpik ödənilməmiş hissə, 31 (otuz bir) manat 98 (doxsan səkkiz) qəpik cərimə, ümumilikdə 2253 (iki min iki yüz əlli üz) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 42 (qırx iki) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5OYUN PULTU üçün 1219 (bir min iki yüz on doqquz) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat 14 (on dörd) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV 512 (beş yüz on iki) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 51(əlli bir) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 SAAT üçün 316 (üç yüz on altı) manat 02 (iki) qəpik ödənilməmiş hissə, 31 (otuz bir) manat 98 (doxsan səkkiz) qəpik cərimə, ümumilikdə 2253 (iki min iki yüz əlli üz) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-235/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-235/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver