Məhkəmə qərarları › İş №e-2(022)-236/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-236/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-236/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 29 dekabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(022)-236/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması müəyyən edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, onunla (“Era Electronics” mağazası) Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, 36072 saylı müqaviləyə əsasən cavabdeh kreditlə 1.036 manat məbləğindəki məişət avadanlığını aylar üzrə 100 manat ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə, “Era Electronics” mağazası ilə bağlamış olduğu bağlanmış 22 avqust 2022-ci il tarixli, 36072 saylı müqavilənin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcluya borcunu ödəməsi barədə dəfələrlə şifahi və bir dəfə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxs “Era Electronics” mağazasına olan borcunu 6 aydan çoxdur ki, ödəməmişdir. Borclu sonuncu dəfə 08 may 2023-cü il tarixdə 99 manat ödəniş etsə də, həmin vaxtdan ahzırki tarixədək heç br ödəniş etməmişdir. Hazırda borclunun 22 avqust 2022-ci il tarixli, 36072 saylı müqavilə üzrə “Era Electronics” mağazasına olan borcu əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat təşkil edir. Sonda, İddiaçı 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh və İddiaçı şəxsində “ERA Elelctronics” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış həmin müqaviləyə əsasən məişət avadanlığını ilkin olaraq 36 manat ödəməklə, 10 ay əzində hər ay 100 manat məbləğində hissə-hissə ödəmək şərtilə, cəmi 1.030 manata İddiaçı almışdır. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş 18 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindn görünür ki, Cavabdeh 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 08 may 2023-cü il tarixdə 99 manat olmaqla, ümumilikdə 431 manat məbləğində ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş əsas borcun əvəzi qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 605 manat, cərimə qismində 60 manat, cəmi 665 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 605 manat, cərimə qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 22 avqust 2022-ci il tarixli, 36072 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 605 (altı yüz beş) manat, cərimə qismində 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 695 (altı yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar