Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-303/2025 07.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2024-cü il tarixli, 18555227 saylı, 09 iyun 2024-cü il tarixli, 18555229 saylı və 15 iyun 2024-cü il tarixli, 02678104 saylı müqavilələrə əsasən cavabdehə iddiaçı tərəfindən “THEMZA YASİN” markalı yataq şarpayı, “ASİL” markalı qonaq TV stend, matras, “JASMİN” markalı qonaq jurnal masa, ''SEZAR” markalı yumşaq künc divan, “DELUKS” markalı yataq sürgülü dolab, “MİNSK” markalı dəhliz dolabı verilmişdir. “Nisyə alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun, “malın” dəyərini ödəməsini öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə: 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 2314.20 manat əsas borca görə ödənilməmiş hissə, 694.26 manat cərimə, ümumilikdə 3008,46 manat; 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 597,60 manat əsas borca görə ödənilməmiş hissə, 179,88 manat cərimə, ümumilikdə 776,88 manat; 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 1430 manat əsas borca görə ödənilməmiş hissə, 429 manat cərimə, ümumilikdə 1859 manat borcu yaranmışdır. Hər üç müqavilə üzrə cavabdehin iddiaçıya ümumilikdə 4341,80 manat əsas borca görə ödənilməmiş hissə, 1302,54 manat cərimə, cəmi 5644,34 (beş min altı yüz qırx dörd manat otuz dörd qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5644.34 (beş min altı yüz qırx dörd manat otuz dörd qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 76.45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasına qarşı yazılı etiraz və ya hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia ərizəsi üzrə tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən mülki işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqı-satqı” müqaviləsindən görünür ki, cəmiyyət bu müqavilənin şərtlərinə uyğun olaraq “Mal”ı borc alana müəyyən müddətə, 2415.12 manat məbləğində təhvil verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı “Mal”ı bu Müqavilədə göstərilən müddətdə və qaydada cəmiyyətə qaytarmağı öhdəsinə götürür. “Mal” alıcıya hissə-hissə ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən, cəmiyyət bu müqavilənin şərtlərinə uyğun olaraq “Mal”ı borc alana müəyyən müddətə, 1560 manat məbləğində təhvil verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı “Mal”ı bu Müqavilədə göstərilən müddətdə və qaydada cəmiyyətə qaytarmağı öhdəsinə götürür. “Mal” alıcıya hissə-hissə ödəmək şərti ilə 12 ay müddətinə verilmişdir. 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən, cəmiyyət bu müqavilənin şərtlərinə uyğun olaraq “Mal”ı borc alana müəyyən müddətə, 624 manat məbləğində təhvil verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı “Mal”ı bu Müqavilədə göstərilən müddətdə və qaydada cəmiyyətə qaytarmağı öhdəsinə götürür. “Mal” alıcıya hissə-hissə ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. 09 dekabr 2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə cəmiyyət olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış “nisyə alqı-satqı” müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 18 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 18 dekabr 2024-cü il tarixinə “ABC X1 Cəmiyyətinə: 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 2314.20 manat əsas borca görə ödənilməmiş hissə, 694.26 manat cərimə, ümumilikdə 3008,46 manat; 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 597,60 manat əsas borca görə ödənilməmiş hissə, 179,88 manat cərimə, ümumilikdə 776,88 manat; 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 1430 manat əsas borca görə ödənilməmiş hissə, 429 manat cərimə, ümumilikdə 1859 manat borcu yaranmışdır. Hər üç müqavilə üzrə cavabdehin iddiaçıya ümumilikdə 4341,80 manat əsas borca görə ödənilməmiş hissə, 1302,54 manat cərimə, cəmi 5644,34 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsi, yəni “nisyə alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2024-cü il tarixli, 18555227 saylı, 09 iyun 2024-cü il tarixli, 18555229 saylı və 15 iyun 2024-cü il tarixli, 02678104 saylı müqavilələrə əsasən cavabdehə iddiaçı tərəfindən “THEMZA YASİN” markalı yataq şarpayı, “ASİL” markalı qonaq TV stend, matras, “JASMİN” markalı qonaq jurnal masa, ''SEZAR” markalı yumşaq künc divan, “DELUKS” markalı yataq sürgülü dolab, “MİNSK” markalı dəhliz dolabı verilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı "ABC X1 Cəmiyyətindən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin 230 manata qədər, 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 59 manata qədər , 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 143 manata qədər, ümumi borc üzrə cərimə məbləğinin 430 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqısatqı” müqaviləsi üzrə 2314.20 manat əsas, 230 manat cərimə, 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 597,60 manat əsas, 59 manat cərimə, 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 1430 manat əsas, 143 manat cərimə, ümumilikdə 4341.80 manat əsas, 430 manat cərimə, cəmi 4771.80 (dör min yeddi yüz yetmiş bir manat səksən qəpik) manat borc pul məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.45 manat məbləğində pul vəsaitinin 64.71 manat hissəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 09 iyun 2024-cü il tarixli, 18555227 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 2314.20 manat əsas, 230 manat cərimə, 09 iyun 2024-cü il tarixli, 18555229 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 597,60 manat əsas, 59 manat cərimə, 15 iyun 2024-cü il tarixli, 02678104 saylı “nisyə alqı-satqı” müqaviləsi üzrə 1430 manat əsas, 143 manat cərimə, ümumilikdə 4341.80 manat əsas, 430 manat cərimə, cəmi 4771.80 (dörd min yeddi yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 64.71 (altmış dörd manat yetmiş bir qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-303/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-303/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver