Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-309/2024 19.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********48807 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 223 (üiki yüz iyirmi üç) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat, 48 (qırx səkkiz) qəpik cərimə, ümumilikdə, 246 (iki yüz qırx altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********48807 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 246 (iki yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 646.52 (altı yüz qırx altı manat, əlli iki qəpik) manat (yəni 12 ay x 49.46 manat + 53 manat ilkin ödəniş) İmei kodu **********48807 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 246 (iki yüz qırx altı) manat olmaqla, ondan 223.52 (üiki yüz iyirmi üç manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.48 (iyirmi iki manat, qırx səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 423 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********48807 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 223 (üiki yüz iyirmi üç) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat, 48 (qırx səkkiz) qəpik cərimə pulu yaranmış, ümumilikdə borc 246 (iki yüz qırx altı) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********48807 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 223 (üiki yüz iyirmi üç) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat, 48 (qırx səkkiz) qəpik cərimə, ümumilikdə 246 (iki yüz qırx altı) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 223 (iki yüz iyirmi üç) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat 48 (qırx səkkiz) qəpik cərimə, ümumilikdə 246 (iki yüz qırx altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-309/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-309/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver