Məhkəmə qərarları › İş №e-2(022)-331/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-331/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-331/2024 04.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı «X2 Olmayan Kredit Təşkilatı» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2 Olmayan Kredit Təşkilatı» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada xx.xx.2019-cu tarixli, BLSK01351 müqavilə üzrə 98 (doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik qalıq borc, 91 (doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 190 (yüz doxsan) manat 22 (iyirmi iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BLSK01351nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 70 manat olmaqla, 12 müddətinə hissə-hissə hər ay üçün 65 manat, sonuncu ay üçün isə 59.71 manat ödəmək şərti ilə, 844.71 manat dəyərində malların nisyə alqı-satqı müqaviləsinə 2 saylı Əlavədə təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BLSK01351 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, BLSK01351 saylı müqavilə üzrə qalıq borcu 98.91 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 456.46 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 91.29 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, BLSK01351 saylı müqavilə üzrə 98.91 manat qalıq borcu, 91.29 manat cərimə borcu olmaqla, cəmi 190.22 manat borcu yaranmışdır. Faktor “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BLSK01351 nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh2 xx.xx.2019-cu tarixli, BLSK01351 nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BLSK01351saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdehlər 844.71 manat dəyərində nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 65 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İşdə olan “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatının“ alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, «X2 Olmayan Kredit Təşkilatı» ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BLSK01351 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixə ödənilməmiş 98 (doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik qalıq borcu, 91 (doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 190 (yüz doxsan) manat 22 (iyirmi iki) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla cavabdehlər Cavabdeh2 nisiyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə nisiyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə ödənilməmiş borc qismində 98 (doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik qalıq borcu, 91 (doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 190 (yüz doxsan) manat 22 (iyirmi iki) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşdə olan xx.xx.2019-cu tarixli, BLSK01351-Z saylı zaminlik müqaviləsinə əsasən isə zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işdən görünür ki, iddiaçı "xxxx" MMC zamin Cavabdeh1 qarşı yalnız 06 fevral 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının zamin Cavabdeh1 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar, xx.xx.2019-cu tarixli, BLSK01351-Z saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borcun Cavabdeh1 tutulması hissəsində iddia rədd edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2019-cu tarixli, BLSK01351 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş borc qismində 98 (doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik qalıq borcu, 91 (doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 190 (yüz doxsan) manat 22 (iyirmi iki) qəpik məbləğdə pul vəsaiti Cavabdeh2 iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə əsas 98 (doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik əsas borc, 91 (doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 190 (yüz doxsan) manat 22 (iyirmi iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar