Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-350/2024 06.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 717 manat 90 qəpik, cərimə qismində 107 manat 60 qəpik, cəmi 825 manat 50 qəpik, 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 manat 90 qəpik, cərimə qismində 65 manat 90 qəpik, cəmi 505 manat 80 qəpik və 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 manat 90 qəpik, cərimə qismində 26 manat 80 qəpik, cəmi 205 manat 70 qəpik, ümumilikdə hər üç müqavilə üzrə əsas borc qismində 1.336 manat 70 qəpik, cərimə qismində 200 manat 30 qəpik, cəmi 1.537 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 37 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 09 fevral 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 717 manat 90 qəpik, cərimə qismində 107 manat 60 qəpik, cəmi 825 manat 50 qəpik, 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 manat 90 qəpik, cərimə qismində 65 manat 90 qəpik, cəmi 505 manat 80 qəpik və 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 manat 90 qəpik, cərimə qismində 26 manat 80 qəpik, cəmi 205 manat 70 qəpik, ümumilikdə hər iki müqavilə üzrə əsas borc qismində 1.336 manat 70 qəpik, cərimə qismində 200 manat 30 qəpik, cəmi 1.537 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 37 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 09 fevral 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 08 may 2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinin və həmin müqaviləyə 1 nömrəli Əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hər ay 37 manat, sonuncu ay isə 30 manat 99 qəpik hissə-hissə ödəmək şərtilə «İndesit BWSE 61051» markalı paltaryuyanı cəmi 659 manat 99 qəpiyə İddiaçındən almışdır. İşdə olan 08 may 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 08 may 2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən «İndesit BWSE 61051» markalı paltaryuyan 08 may 2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 nömrəli Əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən ilkin olaraq 56 manat ödəməklə, 18 ay əzində hər ay 72 manat, sonuncu ay isə 69 manat 99 qəpik hissə-hissə ödəmək şərtilə «LG 43UQ81006LB (206MAYYAKN46)» markalı televizoru cəmi 1.293 manat 99 qəpiyə İddiaçındən almışdır. İşdə olan 10 oktyabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən «LG 43UQ81006LB (206MAYYAKN46)» markalı televizor 10 oktyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinin və həmin müqaviləyə 1 nömrəli Əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən ilkin olaraq 264 manat ödəməklə, 12 ay əzində hər ay 88 manat, sonuncu ay isə 87 manat 99 qəpik hissə-hissə ödəmək şərtilə «Sony PlayStation 5 825 GB S01F21C01CJR11346324» və «Gamepad Sony PlayStation 5 DualShock 5 White (011400)» markalı oyun aksesuarlarını cəmi 1.055 manat 99 qəpiyə İddiaçındən almışdır. İşdə olan 04 noyabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 04 noyabr 2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən «Sony PlayStation 5 825 GB S01F21C01CJR11346324» və «Gamepad Sony PlayStation 5 DualShock 5 White (011400)» markalı oyun aksesuarları 04 noyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, 08 may 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 481 manat ödəniş etmiş, cavabdehin İddiaçınə olan borcu 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 manat 90 qəpik, cərimə qismində 268 manat, cəmi 446 manat 90 qəpik İş materiallarında olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 576 manat ödəniş etmiş, cavabdehin İddiaçınə olan borcu 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 717 manat 90 qəpik, cərimə qismində 1.076 manat, cəmi 1.793 manat 90 qəpik məbləğində təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, 08 may 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh iddiaçıya olan borcundan 616 manat ödəniş etmiş, cavabdehin İddiaçınə olan borcu 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 manat 90 qəpik, cərimə qismində 659 manat, cəmi 1.098 manat 90 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçınə 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 manat 90 qəpik, cərimə qismində 26 manat 80 qəpik, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024cü il tarixə ödənilməmiş əsas borc qismində 717 manat 90 qəpik, cərimə qismində 107 manat 60 qəpik və 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 manat 90 qəpik, cərimə qismində 65 manat 90 qəpik, ümumilikdə hər üç müqavilə üzrə əsas borc qismində 1.336 manat 70 qəpik və cərimə qismində 200 manat 30 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, o cümlədən cavabdeh tərəfindən hər üç müqavilə üzrə icra etdiyi ödənişlərin miqdarını da nəzərə alaraq, hesab edir ki, 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 26 manat 80 qəpik, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat 60 qəpik və 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 65 manat 90 qəpik təşkil edən cərimə məbləğləri tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və həmin məbləğlərin 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manata, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50 manata və 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20 manata qədər azaldılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 manat 90 qəpik, cərimə qismində 10 manat, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 717 manat 90 qəpik, cərimə qismində 50 manat və 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 manat 90 qəpik, cərimə qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 3 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 32 manat 37 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 08 may 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 178 (bir yüz yetmiş səkkiz) manat 90 (doxsan) qəpik, cərimə qismində 10 (on) manat, 10 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024cü il tarixə ödənilməmiş əsas borc qismində 717 (yeddi yüz on yeddi) manat 90 (doxsan) qəpik, cərimə qismində 50 (əlli) manat və 04 noyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 439 (dörd yüz otuz doqquz) manat 90 (doxsan) qəpik, cərimə qismində 20 (iyirmi) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32 (otuz iki) manat 37 (otuz yeddi) qəpik, cəmi 1.449 (bir min dörd yüz qırx doqquz) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-350/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-350/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver