Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-373/2025 14.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı alqı-satqı müqaviləsinə əsasan Biləsuvar rayonu, Aranlı kəndi ərazisində yerləşən 11.66 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmişdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12508.14 manat məbləğində vəsaiti (jş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampaniııqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli okluğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 19.50 manat məbləğində çöp doğrama, 447.72 manat məbləğində 1-ci şum, 250.00 manat məbləğində diskli mala, 138.00 manat məbləğındə rotasiyan mala, 314,50 manat məbləğində mala, 210.00 manat məbləğində gübrə ilə çiyid səpilmiş, 632.00 manat məbləğində kultivasiya, 120.0 manat məbləğində baraza, 715.00 manat məbləğində dərman, səpini, 450.00 manat məbləğində 1-ci üz maşınla pambıq yığını, 160.00 manat məbləğində tirə vurma, 160.00 manat məbləğində boroza gübrə ilə, 2557.62 160.00 manat məbləğində boroza gübrə ilə, 2557.62 manat məbləğində dərman və gübrə, 484.80 manat məbləğində çiyid toxumu, avans olaraq 4849.00 manat becərmə,suvarmaya, cəmi: 12508.14 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2898.16 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya ötən ildən qalan 3.55 manat borcu nəzərə almaqla 9606.43 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edən 01 fevral 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı (üzləşmə aktı ilə), qaimə, iş aktları və digər sənədlərlə təsdiq edilir. İddiaçının tələbi: 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı müqaviləyə əsasən 9606.43 (doqquz min altı yüz altı manat qırx üç qəpik) manat borc, 73.14 manat cərimə və 116.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı: İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh məxsus torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini öz öhdəsinə götürmüş, Cavabdeh isə yığılmış pambıq məhsulunun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində İddiaçınə təhvil verməyi öz öhdəsinə götürmüşdür. 01 fevral 2022-ci il tarixli “İş və Xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, Cavabdeh sifarişi əsasında 19.50 manat məbləğində çöp doğrama, 447.72 manat məbləğində 1-ci şum, 250.00 manat məbləğində diskli mala, 138.00 manat məbləğındə rotasiyan mala, 314,50 manat məbləğində mala, 210.00 manat məbləğində gübrə ilə çiyid səpilmiş, 632.00 manat məbləğində kultivasiya, 120.0 manat məbləğində baraza, 715.00 manat məbləğində dərman, səpini, 450.00 manat məbləğində 1-ci üz maşınla pambıq yığını, 160.00 manat məbləğində tirə vurma, 160.00 manat məbləğində boroza gübrə ilə, 2557.62 160.00 manat məbləğində boroza gübrə ilə, 2557.62 manat məbləğində dərman və gübrə, 484.80 manat məbləğində çiyid toxumu, avans olaraq 4849.00 manat becərmə, suvarmaya, cəmi: 12508.14 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. 03 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini qısa müddət ərzində ödənməsi xahiş edimiş, əks halda, borcun ödənməsi istiqamətində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsi, yəni “alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı alqı-satqı müqaviləsinə əsasan Biləsuvar rayonu, Aranlı kəndi ərazisində yerləşən 11.66 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmişdür. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı alqı-satqı müqaviləsinə əsasən, 9606.43 (doqquz min altı yüz altı manat qırx üç qəpik) manat borc, 73.14 manat cərimə, cəmi 9679.57 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116.06 manat məbləğində pul Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 144-5, 144-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 26 noyabr 2020-ci il tarixli, 06/20-039 saylı müqavilə üzrə ödənilməmiş borc qismində 9606.43 (doqquz min altı yüz altı manat qırx üç qəpik) manat borc, 73.14 manat cərimə, cəmi 9679.57 (doqquz min altı yüz yetmuiş doqquz manat əlli yeddi qəpik) məbləğində pul vəsaiti iddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116.06 (yüz on altı manat sıfır altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-373/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-373/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver