Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-386/2024 04.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 834 (səkkiz yüz otuz dörd) manat 39 (otuz doqquz) qəpik ödənilməmiş hissə, 83 (səksən üç) manat 61 (altmış bir) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTALEO üçün 543 (beş yüz qırx üç) manat 83 (səksən üç) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat 17 (on yeddi) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********95014 HUAWEİ NOVAY61 markalı telefon, VİNİL MAT üçün 236 (iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat 32 (otuz iki) qəpik cərimə, ümumilikdə 1776 (min yeddi yüz yetmiş altı) manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 76 (yetmiş altı) qəpik pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTALEO, İMEİ KODU **********95014 HUAWEİ NOVAY61 markalı telefon, VİNİL MAT almış və nəticədə 1776 (min yeddi yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1135.62 (min yüz otuz beş manat altmış iki qəp) manat (18 ay x 63.09 manat + 0 manat ilkin ödəniş) , İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSAL üçün ümumilikdə, 918 (doqquz yüz on səkkiz) manat olmaqla ondan, 834.39 (səkkiz yüz otuz dörd manat otuz doqquz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.61 (səksən üç manat altmış bir qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754.02 (yeddi yüz əlli dörd manat iki qəp) manat (18 ay x 41.89 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTAL üçün ümumilikdə, 598 (beş yüz doxsan səkkiz) manat olmaqla ondan, 543.83 (beş yüz qırx üç manat səksən üç qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54.17 (əlli dörd manat on yeddi qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 447 (dörd yüz qırx yeddi) manat (12 ay x 37.25 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********95014 HUAWEİ NOVA Y61 markalı telefon, VİNİL MA üçün ümumilikdə, 260 (iki yüz altmış) manat olmaqla ondan, 236.68 (iki yüz otuz altı manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.32 (iyirmi üç manat otuz iki qəp) manat cərimə; Cəmi ödədiyi məbləğ 721.74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ-nə 1135.62 manata, 18 ay müddətinə hər ay 63.9 manat, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTALEO 754.02 manata, 18 ay müddətinə hər ay 41.89 manat və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********95014 HUAWEİ NOVA Y61 markalı telefon, VİNİL MAT 447 manata, 12 ay müddətinə hər ay 37.25 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 834 (səkkiz yüz otuz dörd) manat 39 (otuz doqquz) qəpik ödənilməmiş hissə, 83 (səksən üç) manat 61 (altmış bir) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTALEO üçün 543 (beş yüz qırx üç) manat 83 (səksən üç) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat 17 (on yeddi) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********95014 HUAWEİ NOVA Y61 markalı telefon, VİNİL MAT üçün 236 (iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat 32 (otuz iki) qəpik cərimə, ümumilikdə borcu 1776 (min yeddi yüz yetmiş altı) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********82563 HONOR X9A markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 834 (səkkiz yüz otuz dörd) manat 39 (otuz doqquz) qəpik ödənilməmiş hissə, 83 (səksən üç) manat 61 (altmış bir) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********66826 SAMSUNG GALAXY A23 markalı telefon, CASE İNTALEO üçün 543 (beş yüz qırx üç) manat 83 (səksən üç) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat 17 (on yeddi) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********95014 HUAWEİ NOVA Y61 markalı telefon, VİNİL MAT üçün 236 (iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat 32 (otuz iki) qəpik cərimə, ümumilikdə 1776 (min yeddi yüz yetmiş altı) manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 37 (otuz yeddi) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 834 (səkkiz yüz otuz dörd) manat 39 (otuz doqquz) qəpik ödənilməmiş hissə, 83 (səksən üç) manat 61 (altmış bir) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 543 (beş yüz qırx üç) manat 83 (səksən üç) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat 17 (on yeddi) qəpik cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 236 (iki yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat 32 (otuz iki) qəpik cərimə, ümumilikdə 1776 (min yeddi yüz yetmiş altı) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-386/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-386/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver