Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-412/2024 13.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 05 oktyabr 2021-ci il tarixli MAS-4485 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 928 (doqquz yüz iyirmi səkkiz) manat 30 (otuz) qəpik gecikdirilmiş əsas, 151 (yüz əlli bir) manat 13 (on üç) qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 33 (otuz üç) manat 15 (on beş) qəpik dəbbə pulu, cəmi 1112 (min yüz on iki) manat 58 (əlli səkkiz) qəpik borcun və ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli MAS-4485 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 04 yanvar 2022-ci il tarixdə X3, X8 və İddiaçı MMC arasında MAS-4485 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 oktyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 06 mart 2023-cü il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-4485 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 oktyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-4485 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 14 fevral 2024-cü il tarixə ümumilikdə 1112.58 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişləri cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı nümayəndəsi X7 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli MAS-4485 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan AZƏRMAŞ MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin AZƏRMAŞ MMC ilə X6 arasında təhvil-təslimi aparılmışdır. İş materiallarında olan MAS-4485 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, X6 “KHAZAR LX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.950 manata 48 ay müddətinə illik 24,5% ödəmək şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il il tarixli MAS-4485 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X5 ilə X8 arasında təhviltəslimi aparılmışdır. İş materiallarında olan 06 mart 2023-cü il il tarixli MAS-4485 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X8 ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. İş materiallarında olan MAS-4485 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh “KHAZAR LX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.950 manata 48 ay müddətinə illik 24,5% ödəmək şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 05 oktyabr 2021-ci il tarixli MAS-4485 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 14 fevral 2024-cü il tarixə gecikdirilmiş əsas borcu 928 (doqquz yüz iyirmi səkkiz) manat 30 (otuz) qəpik, 151 (yüz əlli bir) manat 13 (on üç) qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 33 (otuz üç) manat 15 (on beş) qəpik dəbbə pulu, cəmi 1112 (min yüz on iki) manat 58 (əlli səkkiz) qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Azərmaş MMC-yə gecikdirilmiş əsas borcu 928 (doqquz yüz iyirmi səkkiz) manat 30 (otuz) qəpik, 151 (yüz əlli bir) manat 13 (on üç) qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 33 (otuz üç) manat 15 (on beş) qəpik dəbbə pulu, cəmi 1112 (min yüz on iki) manat 58 (əlli səkkiz) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ilə Cavabdeh arasında təhvil-təslimi aparılmış, lakin cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini vaxıtında icra etməmiş, yəni lizinq ödənişlərini vaxıtında icra etmədiyindən lizinq obyektindən istifədə müddəti ərzində borcu yaranmışıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil alınaraq İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh iddiaçı Azərmaş MMC-nin xeyrinə 928 (doqquz yüz iyirmi səkkiz) manat 30 (otuz) qəpik əsas borc, 151 (yüz əlli bir) manat 13 (on üç) qəpik mükafat, hesablanmış 33 (otuz üç) manat 15 (on beş) qəpik dəbbə pulu, cəmi 1112 (min yüz on iki) manat 58 (əlli səkkiz) qəpik pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil alınaraq İddiaçı MMC-yə geri qaytarılsın, Cavabdeh İddiaçı xeyrinə 928 (doqquz yüz iyirmi səkkiz) manat 30 (otuz) qəpik əsas, 151 (yüz əlli bir) manat 13 (on üç) qəpik mükafat, 33 (otuz üç) manat 15 (on beş) qəpik dəbbə pulu, cəmi 1112 (min yüz on iki) manat 58 (əlli səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat 40 (qırx) qəpik pul tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-412/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-412/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver