Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-426/2023 01.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter üçün 2790 (iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 791 (yeddi yüz doxsan bir) manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün 2415 (iki min dörd yüz on beş) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə pulu, ümumilikdə 6718 (altı min yeddi yüz on səkkiz) manat borc və 87 (səksən yeddi) manat 18 (on səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehin “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter və İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün 6718 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3919 (üç min doqquz yüz on doqquz) manat (18 ay x 155 manat+1129 manat ilkin ödəniş) İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter üçün ümumilikdə 3581 manat olmaqla, ondan 2790 (iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 791 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3217 (üç min iki yüz on yeddi) manat 50 qəpik (18 ay x 112.5 manat+172.5 manat ilkin ödəniş) İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün ümumilikdə 3137 manat olmaqla, ondan 2415 (iki min dörd yüz on beş) manat ödənilməmiş hissə, 722 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh cəmi 1931.5 manat ödəniş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (nümayəndələri) məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti ilə müqavilə bağlayaraq, İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapteri, dəyərini 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə 3919 manat məbləğinə və İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefonu 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə 3217.5 manat məbləğinə iddiaçıdan almışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh aldığı əşyaya görə iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş qismində 1129 manat, 18 ay ərzində isə hər ay 155 manat, cəmi 2790 manat məbləğində və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş qismində 172.5 manat, 18 ay ərzində isə hər ay 112.5 manat, cəmi 2415 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter üçün 2790 (iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 791 (yeddi yüz doxsan bir) manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün 2415 (iki min dörd yüz on beş) manat ödənilməmiş hissə, 722 (yeddi yüz iyirmi iki) manat dəbbə pulu, ümumilikdə 6718 (altı min yeddi yüz on səkkiz) manat borc təşkil etmişdir. İşdən göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış adıçəkilən müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya hazırda tələb edilən miqdarda borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə uyğun olaraq hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2021-ci il il tarixli müqavilə üzrə hesablanmış 791 manat məbləğdə dəbbənin 79 manata qədər və xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 722 manat məbləğdə dəbbənin 72 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter üçün 2790 (iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün 2415 (iki min dörd yüz on beş) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu, ümumilikdə 5356 (beş min üç yüz əlli altı) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 7.18 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi qismində isə 80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81249 olan İPHONE 12 PRO markalı telefon və adapter üçün 2790 (iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17132 olan İPHONE 12 PRO markalı telefon üçün 2415 (iki min dörd yüz on beş) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu, ümumilikdə 5356 (beş min üç yüz əlli altı) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğlərində pul vəsaiti alınaraq “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-426/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-426/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver