Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-440/2025 03.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 24 oktyabr 2022-ci il tarixli, 06/21 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borcun əvəzi qismində 10.850 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 30 yanvar 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 24 oktyabr 2022-ci il tarixli, 06/21 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borcun əvəzi qismində 10.850 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfidən “Elektron məhkəmə” informasiya sisteminə yalnız 29 dekabr 2024-cu il tarixdə ********** nömrəli, büdcə təsnifat kodu 14221104 olan qəbzlə ödənilmiş 41 manat 12 qəpik məbləğində dövlət rüsumu yerləşdirilmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş iddia ərizəsinə ayrı-ayrılıqda büdcə təsnifat kodu 14221103 olan qəbzlə 43 manat 94 qəpik, büdcə təsnifat kodu 14221104 olan qəbzlə 35 manat 30 qəpik və büdcə təsnifat kodu 14221104 olan qəbzlə 41 manat 12 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlərin surətləri əlavə edilmişdir. Beləliklə, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinə görə ümumilikdə 120 manat 36 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəzlər iddia ərizəsinə əlavə edilmişdir. Halbuki, iddia tələbi üzrə iddiaçı cavabdehdən cəmi 10.850 manat 10 qəpik məbləğində pul vəsaitini tələb etdiyinə görə, 122 manat 55 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş lakin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməmiş büdcə təsnifat kodu 14221103 olan qəbzlə 43 manat 94 qəpik, büdcə təsnifat kodu 14221104 olan qəbzlə 35 manat 30 qəpik məbləğində pul vəsaitlərinin ödənilməsi barədə qəbzlər dövlət rüsumunun ödənilməsi görüntüsü yaradır və belə olan halda, iddiaçının nümayəndəsi eyni qəbzlərin surətlərini müxtəlif işlər üzrə istifadə olunmamıs qəbzlər kimi iddia ərizəsinə əlavə edilməsi istisna olunmur. Bununla əlaqədar iddiaçının nümayəndəsinə izah edilməlidir ki, iddiaçı cavabdehdən cəmi 10.850 manat 10 qəpik məbləğində pul vəsaitini tələb etdiyinə görə, cəmi 122 manat 55 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədi və ya sənədləri “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 24 oktyabr 2022-ci il tarixli, 06/21 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borcun əvəzi qismində 10.850 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-440/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-440/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver