Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-442/2025 13.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 26 oktyabr 2023-cü il tarixli AZL-823 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 oktyabr 2024-cü il tarixə ödənilməmiş 415.82 manat gecikdirilmiş əsas, 4149.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 428.73 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 883.40 manat, ümumilikdə 5877.69 manat borcun və ödənilmiş 78.78 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli AZL-823 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 826.81 manat, ümumilikdə isə 826.81 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 49608 manatın 34000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Tracker” markalı, **-AX-***dövlət qeydiyyat nişanlı avtomobil 03 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 883.40 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-823 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 oktyabr 2024-cü il tarixə ümumilikdə 4994.29 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə dəqiqləşmə ərizəsi göndərərk göstərmişdir ki, lizinq obyekti Cavabdeh Xanbab qızının sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar X3 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 447.10 manat məbləğində pul ödənilmişdir. Cavabdeh Xanbab qızından 26 oktyabr 2023-cü il tarixli AZL- 823 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 oktyabr 2024-cü il tarixə 415.82 manat gecikdirilmiş əsas, 4149.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 428.73 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 883.40 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 447.10 manat, ümumilikdə 6324.79 manat borcun və ödənilmiş 83.26 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № AZL-823 saylı xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən və Əlavə №1-dən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan, “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. AZL-823 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili 34.000 manata 60 ay müddətinə illik 16% ödəmək şərti ilə almışdır. İş materiallarında olan Azərmaş MMC Servis mərkəzinin qüsur aktından görünür ki, “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət nömrə nişanlı minik avtomobilinə ümumilikdə 883.40 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 26 oktyabr 2023-cü il tarixli AZL-823 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 03 oktyabr 2024-cü il tarixə gecikdirilmiş əsas borcu 415.82 manat, 4149.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 428.73 manat cərimə, ümumilikdə borcu 4994.29 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, **-AX-*** dövlət nömrə nişanlı minik avtomobilinin idarə edilməsi zamanı yol verilmiş inzibati xətaya görə X3 İdarəsi tərəfindən müəyyən edilmiş inzibati qaydada cərimələr İddiaçı MMC tərəfindən ümumilikdə 447.10 manat məbləğində pul ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Azərmaş MMC-yə əsas borcu 415.82 manat, 4149.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 428.73 manat cərimə, ümumilikdə 4994.29 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsin əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının işin müəyyən edilmiş halları üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı iddia tələbində haqlıdır.Lakin məhkəmə iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 428.73 manat məbləğdə dəbbə borcunun 40 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərmaş MMC-nin xeyrinə 03 oktyabr 2024-cü il tarixə 415.82 manat gecikdirilmiş əsas, 4149.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 40 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 883.40 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 447.10 manat, ümumilikdə 5936.06 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 79 (yetmiş doqquz) manat 36 (otuz altı) qəpik məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borc qismində 415 (dörd yüz on beş) manat 82 (səksən iki) qəpik, mükafat borcu olaraq 4149 (dörd min yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik, dəbbə olaraq 40 (qırx) manat, lizinq obyekti olan “Chevrolet Tracker” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 883 (səkkiz yüz səksən üç) manat 40 (qırx) qəpik, inzibati xəta haqqında protokollara görə ödənilmiş 447 (dörd yüz qırx yeddi) manat 10 (on) qəpik, cəmi 5936 (beş min doqquz yüz otuz altı) manat 06 (sıfır altı) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 79 (yetmiş doqquz) manat 36 (otuz altı) qəpik məbləğlərdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-442/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-442/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver