Məhkəmə qərarları › İş №e-2(022)-450/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-450/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-450/2025 04.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 452 manat 40 qəpik, cərimə qismində 67 manat 80 qəpik, cəmi 520 manat 20 qəpik və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 592 manat 40 qəpik, cərimə qismində 88 manat 80 qəpik, cəmi 681 manat 20 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 13 yanvar 2025-ci il tarixə əsas borc qismində 1.044 manat 80 qəpik, cərimə qismində 156 manat 60 qəpik, cəmi 1.201 manat 40 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 03 fevral 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 452 manat 40 qəpik, cərimə qismində 67 manat 80 qəpik, cəmi 520 manat 20 qəpik və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 592 manat 40 qəpik, cərimə qismində 88 manat 80 qəpik, cəmi 681 manat 20 qəpik, ümumilikdə hər iki müqavilə üzrə 13 yanvar 2025-ci il tarixə əsas borc qismində 1.044 manat 80 qəpik, cərimə qismində 156 manat 60 qəpik, cəmi 1.201 manat 40 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 03 fevral 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hər ay 33 manat, sonuncu ay isə 23 manat 98 qəpik hissə-hissə ödəmək şərtilə, «Honor X8b 8GB/128GB Midnight Black (**********22892/**********50505)» markalı telefonu və «Honor X8B Hard case Silicone TPU Case Clear (Nat)(013127)» markalı telefon qabını cəmi 584 manat 98 qəpiyə İddiaçındən almışdır. İşdə olan 02 mart 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən «Honor X8b 8GB/128GB Midnight Black (**********22892/**********50505)» markalı telefon və «Honor X8B Hard case Silicone TPU Case Clear (Nat)(013127)» markalı telefon qabı 02 mart 2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarında olan əşyanın müddətli nisyə alqı-satqısına dair 10 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətlərindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən, 18 ay əzində hər ay 35 manat, sonuncu ay isə 32 manat 48 qəpik hissə-hissə ödəmək şərtilə, «Honor X7b 8GB/128GB Flowing Silver (**********35921/**********35939)» markalı telefonu və «X2 C3 (XPAW014) Navy Blue (AW031/********)» markalı saatı cəmi 627 manat 48 qəpiyə İddiaçındən almışdır. İşdə olan 10 may 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 10 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən «Honor X7b 8GB/128GB Flowing Silver (**********35921/**********35939)» markalı telefon və «X2 C3 (XPAW014) Navy Blue (AW031/********)» markalı saat 10 may 2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçıya olan borcundan 132 manat 50 qəpik ödəniş etmiş, Cavabdeh İddiaçınə olan borcu 13 yanvar 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 452 manat 40 qəpik, cərimə qismində 678 manat, cəmi 1.130 manat 40 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışının surətindən görünür ki, 10 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçıya olan borcundan 35 manat ödəniş etmiş, Cavabdeh İddiaçınə olan borcu 13 yanvar 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 592 manat 40 qəpik, cərimə qismində 888 manat, cəmi 1.480 manat 40 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçınə 13 yanvar 2025-ci il tarixə 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 452 manat 40 qəpik, cərimə qismində 67 manat 80 qəpik, cəmi 520 manat 20 qəpik və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 592 manat 40 qəpik, cərimə qismində 88 manat 80 qəpik, cəmi 681 manat 20 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, o cümlədən cavabdeh tərəfindən hər üç müqavilə üzrə icra etdiyi ödənişlərin miqdarını da nəzərə alaraq, hesab edir ki, 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 67 manat 80 qəpik, 10 may 2024cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 88 manat 80 qəpik təşkil edən cərimə məbləğləri tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və həmin məbləğlərin 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30 manata və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə 40 manata qədər azaldılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 452 manat 40 qəpik, cərimə qismində 30 manat və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 592 manat 40 qəpik, cərimə qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 2 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 30 manat 01 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 yanvar 2025-ci il tarixə 02 mart 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 452 (dörd yüz əlli iki) manat 40 (qırx) qəpik, cərimə qismində 30 (otuz) manat və 10 may 2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 592 (beş yüz doxsan iki) manat 40 (qırx) qəpik, cərimə qismində 40 (qırx) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 01 (bir) qəpik, cəmi 1.144 (bir min bir yüz qırx dörd) manat 81 (səksən bir) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar