Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-482/2025 19.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 may 2024-cü il tarixli, 03216974 saylı, 02 may 2024-cü il tarixli, 14025762 saylı və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilələrə əsasən, VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU: **********44006 “XİOMİ REDMİ 12” markalı telefon, “APPLE WATCHSE 2 44MM” qol saatı və “ROBOT TOZSORAN ROBOROCK S8” almış və nəticədə 4526.80 (dörd min beş yüz iyirmi altı manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:
1. 01 may 2024-cü il tarixli, 03216974 saylı 4 saylı müqaviləyə əsasən alqısatqı qiyməti 564 manat (12 ay x 47 manat + 0 manat ilkin ödəniş) “VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU: **********44006 “XİOMİ REDMİ 12” markalı telefon üçün ümumilikdə, 561.80 (beş yüz altmış bir manat səksən qəpik) manat olmaqla ondan, 414 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124.20 manat cərimə;
2. 02 may 2024-cü il tarixli, 14025762 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1041.04 manat (18 ay x 44.78 manat + 235 manat ilkin ödəniş) “APPLE WATCHSE 2 44MM” qol saatı üçün ümumilikdə 845 (səkkiz yüz qırx beş manat) manat olmaqla ondan, 650 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 195 manat cərimə miqdarında borc yaranmışdır;
3. 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 3420 manat (06 ay x 400 manat + 1020 manat ilkin ödəniş) “ROBOT TOZSORAN ROBOROCK S8” üçün ümumilikdə 3120 manat olmaqla ondan, 2400 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23.60 manat, müştəriyə güzəşt olunaraq 720 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 01 may 2024-cü il tarixli, 02 may 2024-cü il tarixli və 07 avqust 2024cü il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1561.04 (min beş yüz altmış bir manat sıfır dörd qəpik) manat təşkil edir. İddiaçının tələbi: 01 may 2024-cü il tarixli, 03216974 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 414, cərimə qismində 124 manat 20 qəpik, 02 may 2024-cü il tarixli, 14025762 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 650 manat, cərimə qismində 195 manat və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2400, cərimə qismində 720 manat, X1 ödənilmiş 23.60 manat, cəmi 4526 manat 80 qəpik habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65.27 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 01 may 2024-cü il tarixli, 03216974 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU: **********44006 “XİOMİ REDMİ 12” markalı telefon almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 47 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 561.80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğindədir. 02 may 2024-cü il tarixli, 14025762 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “APPLE WATCHSE 2 44MM” qol saatı almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 44.78 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 845 (səkkiz yüz qırx beş) manat məbləğindədir. 07 avqust 2024-cü il tarixli, 05023514 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “ROBOT TOZSORAN ROBOROCK S8” almışdır. Cavabdeh 06 ay müddətinə hər ay 400 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 3120 (üç min yüz iyirmi) manat məbləğindədir. 01 may 2024-cü il tarixli, 02 may 2024-cü il tarixli və 07 avqust 2024-cü il tarixli bildirişlərə əsasən, 01 may 2024-cü il tarixli, 03216974 saylı, 02 may 2024-cü il tarixli, 14025762 saylı və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilələrin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 01 may 2024-cü il tarixli, 03216974 saylı, 02 may 2024-cü il tarixli, 14025762 saylı və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU: **********44006 “XİOMİ REDMİ 12” markalı telefon, “APPLE WATCHSE 2 44MM” qol saatı və “ROBOT TOZSORAN ROBOROCK S8” qüsursuz halda təhvil alınmışdır. 24 yanvar 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 01 may 2024-cü il tarixli, 02 may 2024-cü il tarixli və 07 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 414 manat ödənilməmiş hissə, X1 ödənilən 23.60 manat, müştəriyə güzəşt olunaraq 124.20 manat cərimə, 650 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 195 manat cərimə və 2400 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 720 manat cərimə ümumilikdə, 4526.80 (dörd min beş yüz iyirmi altı manat səksən qəpik) manat borcu vardır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilələrə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 may 2024-cü il tarixli, 03216974 saylı, 02 may 2024-cü il tarixli, 14025762 saylı və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilələrə əsasən, VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU: **********44006 “XİOMİ REDMİ 12” markalı telefon, “APPLE WATCHSE 2 44MM” qol saatı və “ROBOT TOZSORAN ROBOROCK S8” almış və nəticədə 4526.80 (dörd min beş yüz iyirmi altı manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin 01 may 2024-cü il tarixli, 03216974 saylı, 02 may 2024-cü il tarixli, 14025762 saylı və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 01 may 2024-cü il tarixli, 03216974 saylı müqavilə üzrə 4 manat, 02 may 2024-cü il tarixli, 14025762 saylı müqavilə üzrə 9 manat və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilə üzrə 4 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 may 2024-cü il tarixli, 03216974 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 414 manat, cərimə qismində 4 manat, 02 may 2024-cü il tarixli, 14025762 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 650 manat, cərimə qismində 9 manat və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2400 manat, cərimə qismində 4 manat, X1 ödənilmiş 23.60 manat, cəmi 3504.60 qəpik manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.27 (altmış beş manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
“ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 01 may 2024-cü il tarixli, 03216974 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 414 (dörd yüz on dörd) manat, cərimə qismində 4 (dörd) manat, 02 may 2024-cü il tarixli, 14025762 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 650 (altı yüz əlli) manat, cərimə qismində 9 (doqquz) manat və 07 avqust 2024-cü il tarixli, 05023514 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2400 (iki min dörd yüz) manat, cərimə qismində 4(dörd) manat, X1 ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) manat, cəmi 3504.60(üç min beş yüz dörd manat altmış) qəpik manat məbləğində pul vəsaiti tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul məbləği Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova