Məhkəmə qərarları › İş №e-2(022)-492/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-492/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-492/2024 15.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı «X2 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci tarixli, BLSK02152 №-li müqavilə üzrə 171 (yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik qalıq borcu, 126 (yüz iyirmi altı) manat 22 (iyirmi iki) qəpik cərimə borcu olmaqla, cəmi 297 (iki yüz doxsan yeddi) manat 67 (altmış yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 20 manat olmaqla, 10 ay müddətinə hissə-hissə hər ay üçün 20 manat, sonuncu ay üçün isə 28 manat ödəmək şərti ilə, 283.45 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, BLSK02152saylı müqavilə üzrə qalıq borcu 171.49 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 631.11 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 126.22 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, BLSK02152saylı müqavilə üzrə 171.45 manat qalıq borcu, 126.22 manat cərimə borcu olmaqla, cəmi 297.67 manat borcu yaranmışdır. Faktor “X2 Olmayan Kredit Təşkilatı” MMC ilə müştər"xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, BLSK02152№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X2Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci tarixli, BLSK02152№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, BLSK02152 №-li nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 283.45 manat dəyərində nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 20 manat ödəmək şərtilə 10 ay müddətində ödəməyi öhdəsinə götürüb. İşdə olan “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatının “ alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, «X2 Olmayan Kredit Təşkilatı» ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, BLSK02152 №-li nisiyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ödənilməmiş 171 (yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik qalıq borcu, 126 (yüz iyirmi altı) manat 22 (iyirmi iki) qəpik cərimə borcu olmaqla, cəmi 297 (iki yüz doxsan yeddi) manat 67 (altmış yeddi) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh nisiyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə nisiyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ödənilməmiş borc qismində 171 (yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik qalıq borcu, 126 (yüz iyirmi altı) manat 22 (iyirmi iki) qəpik cərimə borcu olmaqla, cəmi 297 (iki yüz doxsan yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 467-ci maddəsin əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020ci tarixli, BLSK02152 №-li nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş borc qismində 171 (yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik qalıq borcu, 17 (on yeddi) manat cərimə borcu olmaqla, cəmi 188 (yüz səksən səkkiz) manat 45 (qırx beş) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə əsas 171 (yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik əsas borc, 17 (on yeddi) manat cərimə borcu olmaqla, cəmi 188 (yüz səksən səkkiz) manat 45 (qırx beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar