Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-511/2025 10.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********02066 SAMSUNG GALAXY A15 markalı telefon üçün 673.02 (altı yüz yetmiş üç manat, 02 qəpik) manat ödənilməmiş hissə, 336.51 (üç yüz otuz altı manat, 51 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 622.98 (altı yüz iyirmi iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, 311.49 (üç yüz on bir manat, 49 qəpik) manat cərimə, ümumilikdə 1944 manat borcun, 39.44 manat pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********02066 SAMSUNG GALAXY A15 markalı telefon, İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF almış və nəticədə 1944 (min doqquz yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 673.02 (altı yüz yetmiş üç manat, 02 qəpik) manat (18 ay x 37.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02066 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 1009.53 (min doqquz manat, 53 qəpik) manat olmaqla, ondan 673.02 (altı yüz yetmiş üç manat, 02 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 336.51 (üç yüz otuz altı manat, 51 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 622.98 (altı yüz iyirmi iki manat, 98 qəpik) manat (18 ay x 34.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAüF üçün ümumilikdə 934.47 (doqquz yüz otuz dörd manat, 47 qəpik) manat olmaqla, ondan 622.98 (altı yüz iyirmi iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 311.49 (üç yüz on bir manat, 49 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********02066 SAMSUNG GALAXY A15 markalı telefonu 673.02 manata 18 ay müddətinə hər ay 37.39 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF 622.98 manata 18 ay müddətinə hər ay 34.61 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********02066 SAMSUNG GALAXY A15 markalı telefon üçün 673.02 (altı yüz yetmiş üç manat, 02 qəpik) manat ödənilməmiş hissə, 336.51 (üç yüz otuz altı manat, 51 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 622.98 (altı yüz iyirmi iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, 311.49 (üç yüz on bir manat, 49 qəpik) manat cərimə, ümumilikdə borc 1944 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 336.51 manat təşkil edən cərimə məbləğinin 30 manatadək və 311.49 (iyirmi beş) manat cərimə məbləğinin 25 manatadək azaldılmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********02066 SAMSUNG GALAXY A15 markalı telefon üçün 673.02 (altı yüz yetmiş üç manat, 02 qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 622.98 (altı yüz iyirmi iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 1351 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 33 (otuz üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********02066 SAMSUNG GALAXY A15 markalı telefon üçün 673 (altı yüz yetmiş üç) manat 02 (sıfır iki) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********67188 XİAOMİ REDMİ 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 622 (altı yüz iyirmi iki) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 1351 (min üç yüz əlli bur) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-511/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-511/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver