Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-522/2024 22.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla qızınun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla qızınun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün, 480 (dörd yüz səksən) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 46 (qırx altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon üçün 450 (dörd yüz əlli) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 20 (iyirmi) qəpik cərimə, ümumilikdə 1025 (min iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 25 (iyirmi beş) qəpik Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 1025 (bir min iyirmi beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 718.32 (yeddi yüz on səkkiz manat otuz iki qəpik) manat (12 ay x 59.86 manat + 0 manat ilkin ödəniş İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 529 (beş yüz iyirmi doqquz) manat olmaqla ondan, 480.54 (dörd yüz səksən manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.46 (qırx səkkiz manat qırx altı qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 566.4 (beş yüz altmış altı manat qırx qəpik) manat (15 ay x 32.2 manat + 83.4 manat ilkin ödəniş) İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə, 496 (dörd yüz doxsan altı) manat olmaqla ondan, 450.8 (dörd yüz əlli manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 45.2 (qırx beş manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 353.38 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon 718.32 manata, 12 ay müddətinə hər ay 59.86 manat və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon 566.4 manat 15 ay müddətinə hər ay 32.2 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 480 (dörd yüz səksən) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 46 (qırx altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon üçün 450 (dörd yüz əlli) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 20 (iyirmi) qəpik cərimə, ümumilikdə 1025 (min iyirmi beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 480 (dörd yüz səksən) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 46 (qırx altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon üçün 450 (dörd yüz əlli) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 20 (iyirmi) qəpik cərimə, ümumilikdə 1025 (min iyirmi beş) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********31508 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 480 (dörd yüz səksən) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 46 (qırx altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********64263 XİAOMİ REDMİ 12 markalı telefon üçün 450 (dörd yüz əlli) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 20 (iyirmi) qəpik cərimə, ümumilikdə 1025 (min iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-522/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-522/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver