Məhkəmə qərarları › İş №e-2(022)-528/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-528/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-528/2023 10.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı xx.xx.2021ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır, ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon almış və nəticədə 308 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 420.36 manat (yəni 12 ay x 35.03 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon üçün ümumilikdə 308 manat olmaqla ondan 280 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə borcu yaranmışdır.Cavabdeh iddiaçıya cəmi 140.36 manat ödəniş etmişdir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişlər göndərmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefonu 420.36 manata, 12 ay müddətinə hər ay 35.03 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, ümumilikdə 308 (üç yüz səkkiz) manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır, ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05413 Samsung Galaxy A03S marklı telefon üçün qiyməti 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır, ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar