Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-53/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim X3, X4 məhkəmə-iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 2637.80 (iki min altı yüz otuz yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 46.38 (qırx altı manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2022-ci il tarixli MAS-5354 saylı “Daxili lizinq" müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.50 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356.65 (üç yüz əlli altı manat altmış beş qəpik) manat, ümumilikdə isə 19.819 (on doqquz min səkkiz yüz on doqquz) manat məbləğində pulu İddiaçı hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19819 (on doqquz min səkkiz yüz on doqquz) manatın 14950 (on dörd min doqquz yüz əlli) manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəlinin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(022)-854/2023 saylı qətnaməsi ilə İddiaçı iddası təmin edilərək, lizinq müqaviləsinin ləğv edilməsi, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçınə geri qaytarılması və cavabdehdən ümumilikdə 1879.91 (min səkkiz yüz yetmiş doqquz manat doxsan bir qəpik) manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Khazar LX" markalı, 77-PE- 502 dövlət qeydiyyat nişanlı avtomobil 05 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2637.80 (iki min altı yüz otuz yeddi manat səksənb qəpik) manat ziyan dəymişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçı “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı 18 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştırakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış 08 iyul 2022-ci il tarixli MAS-5354 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 14950 (on dörd min doqquz yüz əlli) manat olan əmlakı (2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802769 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 17.50 % dərəcəsi ilə hər ay 356.65 (üç yüz əlli altı manat altmış beş qəpik) manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. 16 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 iyul 2022-ci il tarixli lizinq müqaviləsi üzrə 2637.80 (iki min altı yüz otuz yeddi manat səksən qəpik) əsas borc və 46.38 (qırx altı manat otuz səkkiz qəpik) olmaqla, ümumilikdə 2684.18 (iki min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat borcu vardır. 05 iyun 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, avtomobilin qabaq buferi qırılıb, qabaq radiator barmaqlığı, sağ-sol dumana qarşı işıqlar, sağ baqajın stop işığı qırılmışdır. "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyul 2024-cü il tarixli qüsur aktından görünür ki, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərc 2637.80 (iki min altı yüz otuz yeddi manat səksən qəpik) manat təşkil edir. 25 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh 08 iyul 2022-ci il tarixli MAS-5354 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 1879.91 (min səkkiz yüz yetmiş doqquz manat doxsan birqəpik) manat borc, 2637.80 (iki min altı yüz otuz yeddi manat səksən qəpik) manat təmir-bərpa işlərinə çəkilmiş xərc tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildirilmişdirş Biləsuvar Rayon Məhkəməsinin 08 yanbar 2025-ci il tarixli e-2(022)-53/2025 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1077 nömrəli 05 may 2025-ci il tarixli rəyindən görünür ki nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş 05 iyul 2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Khazar” rəsmi dilleri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci (ƏDV daxildir) hadisə baş verən tarixə təxminən 2237,00 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti - 612,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1625,00 manat). 23 avqust 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 46.38 (qırx altı manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-ci maddəsinə əsasən lizinq üqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2022-ci il tarixli MAS-5354 saylı “Daxili lizinq" müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.50 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356.65 (üç yüz əlli altı manat altmış beş qəpik) manat, ümumilikdə isə 19.819 (on doqquz min səkkiz yüz on doqquz) manat məbləğində pulu İddiaçı hesabina ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilə üzrə müəyyən edilmiş əmlakı İddiaçı cavabdehin istifadəsinə vermiş, Cavabdeh isə həmin əmlakı qəbul etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1077 nömrəli 05 may 2025-ci il tarixli rəyindən görünür ki nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş 05 iyul 2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Khazar” rəsmi dilleri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci (ƏDV daxildir) hadisə baş verən tarixə təxminən 2237,00 (iki min iki yüz otuz yeddi) manat müəyyən edilmişdir. Odur ki, məhkəmə iddia tələbinin avtomobilin təmir-bərpa olunması üçün tələb olunan məbləğə dair hissəsini ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 2237 (iki min iki yüz otuz yeddi) manat həddində təmin edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 2237,00 (iki min iki yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.38 (qırx altı manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin 40 (qırx) manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul məbləğinin təmin edilmiş tələbə mütənasib olaraq 40 (qırx) manatı cavabdehdən, 10 (on) manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa olunması üçün 2237 (iki min iki yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul məbləğinin təmin edilmiş tələbə mütənasib olaraq 40 (qırx) manatı Cavabdeh, 10 (on) manatı isə İddiaçındən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE ********************) hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-53/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-53/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver