Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-539/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”si üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 4665 manat əsas, 400 manat cərimə, ümumilikdə 5065 manat borcun və 70.65 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”si bağlanmışdır. xx.xx.2020ci il tarixli, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”sinə əsasən məhsullar Cavabdeh müqavilə şərtlərinə uyğun qaydada təhvil verilmişdir.18 iyul 2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında № 00045 saylı “Qarşılıqlı üzləşmə Aktı” tərtib olunmuş, lakin müəyyən edilmiş borc məbləği bugünədək ödənilməmişdir.Cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 1835 manat ödəniş etmiş və qalıq qalmış 4665 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.xx.xx.2020-ci il tarixdə, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”sinin şərtlərinə uyğun olaraq, Alıcı Mal dəyərinin ödənilməsini bu, müqavilədə nəzərdə tutduğu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün Malın dəyərinin və ya ödənişin 0.1 % miqdarda cərimə ödəyir. Həmin cərimə Malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10 %-dən artıq ola bilməz. xx.xx.2020-ci il tarixdə, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”sinin 2.4-cü bəndindəki şərtə əsasən cavabdeh tərəfindən cərimə məbləği kimi 400 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə tərəflərindən Cavabdeh xəbərdarlıq məktubu göndərilərək müvafiq borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Lakin Cavabdeh xəbərdarlıq məktubunu 21 oktyabr 2022-ci il tarixdə təhvil almasına baxmayaraq borc məbləği bu günədək ödənilməmişdir. Beləliklə, cavabdehin xx.xx.2023cü il tarixədək "xxxx" MMC-yə olan borcu 4665 manat əsas, 400 manat cərimə, ümumilikdə 5065 manat təşkil etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (nümayəndələri) məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”si üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 4665 manat əsas, 400 manat cərimə, ümumilikdə 5065 manat borc təşkil etmişdir. İşdən göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış adıçəkilən müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya hazırda tələb edilən miqdarda borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə uyğun olaraq hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə, 108/19 saylı “Mallar üzrə nisyə satınalma müqavilə”si üzrə 4665 manat əsas, 400 manat cərimə, ümumilikdə 5065 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70.65 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4665 (dörd min altı yüz altmış beş) manat əsas, 400 (dörd yüz) manat cərimə, ümumilikdə 5065 (beş min altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat 65 (altmış beş) qəpik məbləğlərində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-539/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-539/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver