Məhkəmə qərarları › İş №e-2(022)-550/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-550/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-550/2023 25.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia tələbi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon üçün 2033 (iki min otuz üç) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon üçün 332 (üç yüz otuz iki) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, ümumilikdə 2601 (iki min altı yüz bir) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 01 (sıfır bir) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon, İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon almış və nəticədə 2601 manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2326.8 manat (18 ay x 123.6 manat+ 102) manat ilkin ödəniş Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon üçün ümumilikdə 2236 manayt olmaqla, ondan 2033 manat ödənilməmiş hissə, güzəşt olunaraq 203 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 615.6 manat (yəni 12 ay x 51.03 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon üçün ümumilikdə 365 manat olmaqla ondan 332 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 manat cərimə borcu yaranmışdır.Cavabdeh iddiaçıya cəmi 577.4 manat ödəniş etmişdir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefonu 2326.8 manata, 18 ay müddətinə hər ay 123.6 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefonu 615.6 manata, 12 ay müddətinə hər ay 51.03 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon üçün 2033 (iki min otuz üç) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon üçün 332 (üç yüz otuz iki) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, ümumilikdə 2601 (iki min altı yüz bir) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon üçün 2033 (iki min otuz üç) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon üçün 332 (üç yüz otuz iki) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, ümumilikdə 2601 (iki min altı yüz bir) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 46 (qırx altı) manat 01 (sıfır bir) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo kompyüter, İMEİ kodu **********90820 X1 9 markalı telefon üçün 2033 (iki min otuz üç) manat ödənilməmiş hissə, 203 (iki yüz üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61576 Samsung Galaxy A40 marklı telefon üçün 332 (üç yüz otuz iki) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, ümumilikdə 2601 (iki min altı yüz bir) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 01 (sıfır bir) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar