Məhkəmə qərarları › İş №e-2(022)-553/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-553/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-553/2025 07.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqaviləyə əsasən “SAMSUNG 25W COMPACT CHARGER WHİTE EP-T2510WEGRU” markalı telefon, “URBANİSTA SEOUL MİDNİGHT BLACK/453.84 markalı qulaqlıq, “SAMSUNG GALAXY A05(SM-A055) 4/128GB BLACK” markalı telefon və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqaviləyə əsasən, “SAMSUNG 35W CHARGER”, İMEİ KODU:**********99510, “SAMSUNG GALAXY A15” markalı telefon almış və nəticədə 1443.84 (min dörd yüz qırx üç manat səksən dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:

1. 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 552.60 (beş yüz əlli iki manat altmış qəpik) manat (18 ay x 30.70 manat + 0 manat ilkin ödəniş) “SAMSUNG 25W COMPACT CHARGER WHİTE EP-T2510WEGRU ” markalı telefon üçün ümumilikdə, 428.40 (dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat olmaqla ondan, 285.60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 142.80 manat cərimə,

2. 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 738.96 (yeddi yüz otuz səkkiz manat doxsan altı qəpik) manat (18 ay x 61.58 manat + 0 manat ilkin ödəniş) “SAMSUNG 35W CHARGER”, İMEİ KODU:**********99510, “SAMSUNG GALAXY A15” markalı telefon üçün ümumilikdə 1015.44 (min on beş manat qırx dörd qəpik) manat olmaqla ondan, 676.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 338.48 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 21 mart 2024-cü il tarixli və 14 avqust 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 329 (üç yüz iyirmi doqquz) manat təşkil edir. İddiaçının tələbi: 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 285 manat 60 qəpik, cərimə qismində 142 manat .80 qəpik və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 676 manat 96 qəpik, cərimə qismində 338 manat 48 qəpik, cəmi 1443 manat 84 qəpik habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34.44 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin irəli sürdüyü iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 21 mart 2024-cü il tarixli, 03237473 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “SAMSUNG 25W COMPACT CHARGER WHİTE EP-T2510WEGRU ” markalı telefon almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 30,70 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 428.40 (dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğindədir. 14 avqust 2024-cü il tarixli, 18684182 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “SAMSUNG 35W CHARGER”, İMEİ KODU:**********99510, “SAMSUNG GALAXY A15” markalı telefon almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 61,58 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1015.44 (min on beş manat qırx dörd qəpik) manat məbləğindədir. 21 mart 2024-cü il tarixli və 14 avqust 2024-cü il tarixli bildirişə əsasən, 21 mart 2024-cü il tarixli, 03237473 saylı və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 21 mart 2024-cü il tarixli, 03237473 saylı və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən “SAMSUNG 25W COMPACT CHARGER WHİTE EP- T2510WEGRU ” markalı telefon və “SAMSUNG 35W CHARGER”, İMEİ KODU:**********99510, “SAMSUNG GALAXY A15” markalı telefon qüsursuz halda təhvil alınmışdır. 11 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 21 mart 2024-cü il tarixli və 14 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 962.56 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 481.28 manat cərimə, ümumilikdə, 1443.84 (min dörd yüz qırx üç manat səksən dörd qəpik) manat borcu vardır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ilə 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqaviləyə əsasən “SAMSUNG 25W COMPACT CHARGER WHİTE EP- T2510WEGRU” markalı telefon, “URBANİSTA SEOUL MİDNİGHT BLACK/453.84 markalı qulaqlıq, “SAMSUNG GALAXY A05(SM-A055) 4/128GB BLACK” markalı telefon və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqaviləyə əsasən, “SAMSUNG 35W CHARGER”, İMEİ KODU:**********99510, “SAMSUNG GALAXY A15” markalı telefon almış və nəticədə 1443.84 (min dörd yüz qırx üç manat səksən dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 10 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 285 manat 60 qəpik, cərimə qismində 5 manat, cəmi 290 manat 60 qəpik və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 676 manat 96 qəpik, cərimə qismində 5 manat, cəmi 681 manat 96 qəpik məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.44 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

Q Ə T E T D İ:

“ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 21 mart 2024-cü il tarixli, 03237473 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 285 manat 60 qəpik, cərimə qismində 5 manat, cəmi 290 manat 60 qəpik və 14 avqust 2024-cü il tarixli, 18684182 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 676 manat 96 qəpik, cərimə qismində 5 manat, cəmi 681 manat 96 qəpik məbləğində pul vəsaiti və 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar