Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-557/2024 06.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 08 may 2022-ci il üçün 129 manat əsas, həmin gün üçün hesablanmış cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il üçün 368 manat 34 qəpik, həmin gün üçün hesablanmış cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 03 aprel 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 08 may 2022-ci il üçün 129 manat əsas, həmin gün üçün hesablanmış cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il üçün 368 manat 34 qəpik, həmin gün üçün hesablanmış cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur.məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsinin çıxarışının surətindən görünür ki, İddiaçı hal-hazırki qanuni təmsilçisi X1r. Lakin iddia ərizəsi isə İddiaçı əvvəlki qanuni təmsilçisi Nümayəndə tərəfindən imzalanmışdır. Həmçinin iddia ərizəsinə Nümayəndə əsas iş yerinin İddiaçı olması və Nümayəndə həmin hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə heç bir sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1 və 69.2-ci maddəsinə əsasən hər bir hüquqi şəxs müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə görə isə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək kitabçası saxlanılan yer onun əsas iş yeri sayılır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin əsas iş yerinin həmin hüquqi şəxs olması işçinin əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti ilə müəyyən oluna bilər. Bundan başqa, Azərbayacan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdehdən tələb edilən pul vəsaitinin hansı kredit müqavilələri üzrə tutulması konkret olaraq göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 08 may 2022-ci il üçün 129 manat əsas, həmin gün üçün hesablanmış cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il üçün 368 manat 34 qəpik, həmin gün üçün hesablanmış cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-557/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-557/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver