Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-564/2025 24.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 13 yanvar 2020-ci il tarixli, BLK5630888 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 165 manat məbləğində pul vəsaitinn cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 20 fevral 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 13 yanvar 2020-ci il tarixli, BLK5630888 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 165 manat məbləğində pul vəsaitinn cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublkasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh poçt ünvanı kimi ünvan 1inin “AZEMİS” sistemində Cavabdeh barəsində şəxsiyyət haqqında məlumatlardan görünür ki, həmin şəxs Cavabdeh poçt ünvanı kimi ünvan 2nunla əlaqədar iddiaçının nümayəndəsinə izah edilməlidir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 13 ünvanı ərazi aidiyyatı üzrə Biləsuvar Rayon Məhkəməsinin yuristiksiyasına deyil, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuristiksiyasına aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində qeyd edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Biləsuvar rayonu ərazisində qeydiyyatda olmadığına görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 13 yanvar 2020-ci il tarixli, BLK5630888 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 165 manat məbləğində pul vəsaitinn cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-564/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-564/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver