Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-586/2024 16.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 manat 23 qəpik, cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 manat 34 qəpik, cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 17 aprel 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 manat 23 qəpik, cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 manat 34 qəpik, cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 18 aprel 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «Samsung A11 2020 32GB DS» markalı telefonu 12 ay müddətinə hər ay 32 manat 31 qəpik ödəmək şərti ilə, cəmi 387 manat 72 qəpiyə almışdır. İşdə olan 08 may 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 08 may 2022-ci il tarixli, 135055 saylı müqaviləyə əsasən «Samsung A11 2020 32GB DS» markalı telefon həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş əşyanın alqı-satqısına dair 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «Samsung A13 4/64GB (SM-A 135)» markalı telefonu 12 ay müddətinə hər ay 41 manat 11 qəpik ödəmək şərti ilə, cəmi 493 manat 35 qəpiyə almışdır. İşdə olan 15 sentyabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqaviləyə əsasən «Samsung A13 4/64GB (SM- A 135)» markalı telefon həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh 02 aprel 2024-cü il tarixə iddiaçıya olan borcu 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 manat 23 qəpik, cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 manat 34 qəpik, cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçınə 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 manat 23 qəpik, cərimə qismində 38 manat 40 qəpik, cəmi 167 manat 63 qəpik və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 manat 34 qəpik, cərimə qismində 147 manat 60 qəpik, cəmi 515 manat 94 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə 38 manat 40 qəpik və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə 147 manat 60 qəpik cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə 10 manata, 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə isə 25 manata qədər azaldılması məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 manat 23 qəpik, cərimə qismində 10 manat və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 manat 34 qəpik, cərimə qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 5 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 02 aprel 2024-cü il tarixə 08 may 2022-ci il tarixli, 135055 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 129 (bir yüz iyirmi doqquz) manat 23 (iyirmi üç) qəpik, cərimə qismində 10 (on) manat və 15 sentyabr 2022-ci il tarixli, 136811 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 368 (üç yüz altmış səkkiz) manat 34 (otuz dörd) qəpik, cərimə qismində 25 (iyirmi beş) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 557 (beş yüz əlli yeddi) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-586/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-586/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver