Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-59/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 220 manat, hər iki müqavilə üzrə ümumilikdə əsas borc qismində 390 manat və cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qarşı 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 220 manat, hər iki müqavilə üzrə ümumilikdə əsas borc qismində 390 manat və cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(022)-1211/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 04 mart 2021-ci il tarixli, 250595 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 220 manat, əsas borc qismində cəmi 390 manat, cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması müəyyən edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış qarşı 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsinə əsasən tozsoranı 30 manat ilkin ödəniş etməklə, 10 ay boyunca 25 manat, 1 ay isə 20 manat hissə-hissə ödəməklə, cəmi 250 manata və 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsinə əsasən ətçəkəni 30 manat ilkin ödəniş etməklə, 10 ay boyunca 25 manat, 1 ay isə 20 manat hissə-hissə ödəməklə, cəmi 250 manata almışdır. Cavabdeh 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu ödənişi 10 manat olmaqla, 19 noyabr 2021-ci il tarixdə icra etsə də, həmin şəxs 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş istisna olmaqla, heç bir ödəniş etməmişdir. Həmin alqı-satqı müqavilələrinin şərtələrinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1%-i miqdarında (minimum 50 qəpik) gündəlik dəbbə pulu hesablanır vəalıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh iddiaçıya olan borcu ödənilməmiş əsas borc qismində 170 manat və 220 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə qismində 648 manat təşkil edir. İddiaçı tərəfindən hesablanmış cərimə məbləğinə 40% miqdarında güzəşt tətbiq edilmişdir və hazırda Cavabdeh iddiaçıya olan borcu cərimə qismində 388 manat 80 qəpik təşkil edir. Sonda, iddiaçının nümayəndəsi 04 mart 2021-ci il tarixli, 250595 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 220 manat, əsas borc qismində cəmi 390 manat, cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı direktoru Nümayəndə 18 yanvar 2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində məhkəmə iclasında üzrlü səbədən iştirak edə bilməyəcəyini bildirərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən iddiaçıdan bir ədəd tozsoran məişət avadanlığını ilkin olaraq 30 manat ödəməklə, 9 ay müddətinə hər ay 25 manat, sonuncu ay isə 20 manat hissə-hissə ödəmək şərtilə cəmi 250 manata almışdır. İş materiallarında olan 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin “Borcun (hissə-hissə) ödəmə cədvəli” hissəsində əllə icra edilmiş qeydlərdən görünür ki, alıcı Cavabdeh İddiaçınə olan borcundan 04 aprel 2023-cü il tarixdə 20 manat, 04 may 2023-cü il tarixdə 20 manat və 04 iyun 2023-cü il tarixdə 10 manat olmaqla, 3 dəfə cəmi 50 manat məbləğində ödəniş etmişdir. Mülki işdə olan 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən iddiaçıdan bir ədəd ətçəkən məişət avadanlığını ilkin olaraq 30 manat ödəməklə, 9 ay müddətinə hər ay 25 manat, sonuncu ay isə 20 manat hissə-hissə ödəmək şərtilə cəmi 250 manata almışdır. Mülki iş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin “Borcun (hissə-hissə) ödəmə cədvəli” hissəsində əllə icra edilmiş qeydlərdən görünür ki, alıcı Cavabdeh İddiaçınə olan borcundan ilkin ödəniş istisna olmaqla, heç bir ödəniş etməmişdir. İş materiallarında olan İddiaçı Cavabdehnın borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh 14 sentyabr 2023-cü il tarixə iddiaçıya olan borcu 04 mart 2021-ci il tarixli, 250595 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 220 manat, cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ilə bağladığı 04 mart 2021-ci il tarixli, 250595 saylı və 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə onun iddiaçıya 14 sentyabr 2023-cü il tarixə əsas borc qismində 04 mart 2021-ci il tarixli, 250595 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 220 manat, cərimə qismində 388 manat 80 qəpik, cəmi 778 manat 80 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və satıcının əmlak mənafelərini, o cümlədən bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 388 manat 80 qəpik təşkil edən cərimə məbləğinin 30 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 170 manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 220 manat, cərimə qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin 14 manat məbləğində hisssi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi qismində 16 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 04 mart 2021-ci il tarixli, 250595 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 170 (bir yüz yetmiş) manat, 11 mart 2021-ci il tarixli, 250675 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 220 (iki yüz iyirmi) manat, cərimə qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 (on altı) manat, cəmi 436 (dörd yüz otuz altı) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-59/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-59/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver