Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-675/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı MMC-nin həmin ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı 6260 manat 70 qəpik əsas borc, hesablanmış cəriməyə görə 970 manat 40 qəpik və ödənilmiş dövlət rüsumuna görə 92 manat 30 qəpik olmaqla, cəmi 7323 manat 40 qəpik pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 6260 manat 70 qəpik əsas borc, hesablanmış cəriməyə görə 970 manat 40 qəpik və ödənilmiş dövlət rüsumuna görə 92 manat 30 qəpik olmaqla, cəmi 7323 manat 40 qəpik pulun alınaraq ona ödənilməsi tələbinə sadələşdirilmiş icraat qaydasında baxılması mülki prosessual qanunvericiliyin tələbinə uyğun hesab edlə bilməz. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(022)-675/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-675/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver