Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-691/2025 14.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, 420 (dörd yüz iyirmi) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 42 (qırx iki) manat 03 (sıfır üç) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq üçün 1396 (min üç yüz doxsan altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 139 (yüz otuz doqquz) manat 60 (altmış) qəpik cərimə, ümumilikdə 2045 (iki min qırx beş) manat 13 (on üç) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 46 (qırx altı) qəpik pulun Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlı qalmış və nəticədə 2045.13 (iki min qırx beş manat, 13 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 560.34 (beş yüz altmış manat, 34 qəpik) manat (18 ay x 31.13 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76447 SAMSUNG GALAXYA15 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 485.93 (dörd yüz səksən beş manat, 93 qəpik) manat olmaqla, ondan 420.3 (dörd yüz iyirmi manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 42.03 (qırx iki manat, 03 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1591.02 (min beş yüz doxsan bir manat, 02 qəpik) manat (18 ay x 88.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq üçün ümumilikdə 1559.20 (min beş yüz əlli doqquz manat, 20 qəpik) manat olmaqla, ondan 1396 (min üç yüz doxsan altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 139.60 (yüz otuz doqquz manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 335.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci i il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER 560.34 manata 18 ay müddətinə hər ay 31.13 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq 1591.02 manata 18 ay müddətinə hər ay 88.39 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, 420 (dörd yüz iyirmi) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 42 (qırx iki) manat 03 (sıfır üç) qəpik cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq üçün 1396 (min üç yüz doxsan altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 139 (yüz otuz doqquz) manat 60 (altmış) qəpik cərimə, ümumilikdə borc 2045 (iki min qırx beş) manat 13 (on üç) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, 420 (dörd yüz iyirmi) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 42 (qırx iki) manat 03 (sıfır üç) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq üçün 1396 (min üç yüz doxsan altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 139 (yüz otuz doqquz) manat 60 (altmış) qəpik cərimə, ümumilikdə 2045 (iki min qırx beş) manat 13 (on üç) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 40 (qırx) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********76447 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, 420 (dörd yüz iyirmi) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 42 (qırx iki) manat 03 (sıfır üç) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********84279 OPPO RENO 11 markalı telefon, OPPO ENCO AİR2 PRO qulaqlıq üçün 1396 (min üç yüz doxsan altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 139 (yüz otuz doqquz) manat 60 (altmış) qəpik cərimə, ümumilikdə 2045 (iki min qırx beş) manat 13 (on üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-691/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-691/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver