Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-693/2025 24.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 27 fevral 2021-ci il tarixli, KG-B10/2021 saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.220 manat, cərimə qismində 195 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 27 fevral 2021-ci il tarixli, KG-B10/2021 saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.220 manat, cərimə qismində 195 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 02 aprel 2025-ci il tarixdə məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, 27 fevral 2021-ci il tarixli müqaviləyə əsasən o, nisyə alqı-satqı yolu ilə əldə etdiyi 1.690 manat dəyərində olan su təmizləyici qurğunu aylıq ödənişlərini vaxtında ödəməyi, iddiaçı isə aparatın işləməsinə müntəzəm olaraq nəzarət etməklə, vaxtaşırı filtrlərini dəyişməyi öhdəsinə götürmüşdür. Həmin qurğu quraşdırıldığı vaxt o, ilkin olaraq 70 manat, 2021-ci ilin noyabr ayına kimi isə 400 manat İddiaçınə ödəniş etmişdir. Lakin 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən quraşdırlmış su təmizləyici qurğu işləməmişdir. O, iddiaçıya həmin qurğunun sıradan çıxması barədə bir neçə dəfə xəbərdarlıq etsə də, məsul şəxslər nə aylıq ödənişləri almağa gəlmişlər, nə də aparatı təmir etmişlər. Onun xəbərdarlıqlarından əvvəl isə həmin əməkdaşlar hər ay onun evinə gələrək, aylıq ödənişləri almışlar. Həmçinin Cavabdeh ərizəsində, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sonda, Cavabdeh etiraz ərizəsində qeyd etdiyi faktların ətraflı araşdırılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar Biləsuvar rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 27 fevral 2021-ci il tarixli, KG-B10/2021 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.220 manat, cərimə qismində 195 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəsinin iddia icraatına keçirilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə mülki işin məhkəmədə baxılmağa hazırlanmasına dair 22 aprel 2025-ci il tarixə, saat 15:30-a təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlamışdır. Lakin İddiaçı nümayəndəsi 22 may 2025-ci il tarixə, saat 15:15-ə təyin edilmiş mülki işin məhkəmədə baxılmağa hazırlanmasına dair məhkəmə iclasının və 24 iyun 2025-ci il tarixə, saat 15:15-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, bildirdi ki, o, İddiaçı iddia ərizəsinə yazılı etiraz təqdim etdikdən və iş iddia icraatına keçdikdən sonra mülki mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə həmin müəssisənin əməkdaşlarını axtarıb-tapmağa çoxsaylı cəhdlər göstərmiş, hətta Bakı şəhərində, həmin hüquqi şəxsin qeydə alındığı ünvana da getmişdir. Lakin iddiaçı müəssisənin iddia ərizəsində göstərilmiş telefon nömrəsinə zəng çatmamış, hüquqi ünvanda isə müəssisəyə aidiyyəti olmayan bir vətəndaşın yaşadığını müəyyən etmişdir. Eyni zamanda iddiaçının heç bir nümayəndəsi məhkəmə iclaslarına gəlmir. Buna görə də Cavabdeh iddiaçının nümayəndəsinin təkrarən məhkəmənin çağırışlarına gəlmədiyini və özünün isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 185.4 və 259.0.7-ci maddələrinə uyğun olaraq, baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçının nümayəndəsi təkrarən məhkəmənin çağırışlarına gəlmədiyinə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və belə hallarda Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər və ya iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci cağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçı xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və (əyarda) probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 27 fevral 2021-ci il tarixli, KG-B10/2021 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.220 manat, cərimə qismində 195 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt iş üzrə dövlət rüsumu qismində 01 oktyabr 2024-cü il tarixdə, “Elektron Hökumət ödəniş portalı” vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 35 manat 33 qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 185, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 27 fevral 2021-ci il tarixli, KG-B10/2021 saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.220 manat, cərimə qismində 195 manat 20 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 01 oktyabr 2024-cü il tarixdə, “Elektron Hökumət ödəniş portalı” vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 35 (otuz beş) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılsın. Qərardad təqdim olunan (alınan) gündən 10 (on) gün müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Biləsuvar rayon Məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-693/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-693/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver