Məhkəmə qərarları › İş №e-2(022)-695/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-695/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-695/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Electrolux, mikrodalğalı Soba Samsunq, mini soba Hoffman üçün 489 (dörd yüz səksən doqquz) manat 40 (qərx) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soft-yumşaq künc mebel, Solit qonaq-jurnal masa üçün 252 (iki yüz əlli iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat 10 (on) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Yorğan-tekstil, Bornoz-tekstil, mətbəx dəsmalı, süfrə-tekstil üçün 109 (yüz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffman üçün 1207 (min iki yüz yeddi) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, ümumilikdə 2262 (iki min iki yüz altmış iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 62 (altmış iki) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh 11xx.xx.2021 -ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ASPİRATOR ELECTROLUX, MİKRODALĞALİ SOBA SAMSUNG, MİNİ SOBA HOFFMANN, SOFT - YUMSAQ - KUNC mebel,SOLİT - QONAQ JURNAL MASA, YORĞAN - TEKSTİL, BORNOZ - TEKSTİL, MƏTBƏX DƏSMALİ, SÜFRƏ TEKSTİL, SOYUDUCU HOFFMANN almış və nəticədə 2262 (iki min iki yüz altmş iki) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 926.4 (doqquz yüz iyimi altı manat qırx qəpik) manat (18 ay x 49.3 manat + 39 manat ilkin ödəniş) olan ASPİRATOR ELECTROLUX, MİKRODALĞALİ SOBA SAMSUNG, MİNİ SOBA HOFFMANN 538 (beş yüz otuz səkkiz) manat olmaqla ondan 489.4 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 48.6 (qırx səkki manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1209.6 (bir min iki yüz doqquz manat altmş qəpik) manat (24 ay x 50.4 manat + 0 manat ilkin ödəniş) olan, SOFT - YUMSAQ - KUNC mebel,SOLİT - QONAQ - JURNAL MASA üçün 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla ondan 252.9 (iki yüz əlli iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 25.1 (iyirmi beş manat on qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 135 (yüz otuz beş) (18 ay x 7.5 manat + 0 manat ilkin ödəniş) manat olan YORĞAN - TEKSTİL, BORNOZ - TEKSTİL, MƏTBƏX DƏSMALİ, SÜFRƏ - TEKSTİL üçün 119 (yüz on doqquz) manat olmaqla, ondan 109 (yüz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1380 (bir min üç yüz səksən) manat (24 ay x 57.5 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMAN üçün 1327 (bir min üç yüz iyirmi yeddi) manat olmaqla, ondan 1207 (bir min iki yüz yeddi) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh iddiaçıya cəmi 969.5 manat ödəniş etmişdir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Electrolux, mikrodalğalı Soba Samsunq, mini Hoffman Sobasını 926.40 manata, 18 ay müddətinə hər ay 49.3 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soft-yumşaq künc mebel, Solit qonaq-jurnal masa 1209.6 manata, 24 ay müddətinə, hər ay 50.4 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Yorğan-tekstil, Bornoz-tekstil, mətbəx dəsmalı, süfrə-tekstil 135 manata, 18 ay müddətinə hər ay 7.5 manat və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffman 1380 manata, 24 ay müddətinə, hər ay 57.5 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Electrolux, mikrodalğalı Soba Samsunq, mini soba Hoffman üçün 489 (dörd yüz səksən doqquz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soft-yumşaq künc mebel, Solit qonaq-jurnal masa üçün 252 (iki yüz əlli iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat 10 (on) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Yorğan-tekstil, Bornoz-tekstil, mətbəx dəsmalı, süfrə-tekstil üçün 109 (yüz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffman üçün 1207 (min iki yüz yeddi) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, ümumilikdə 2262 (iki min iki yüz altmış iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Electrolux, mikrodalğalı Soba Samsunq, mini soba Hoffman üçün 489 (dörd yüz səksən doqquz) manat 40 (qərx) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soft-yumşaq künc mebel, Solit qonaq-jurnal masa üçün 252 (iki yüz əlli iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat 10 (on) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Yorğan-tekstil, Bornoz-tekstil, mətbəx dəsmalı, süfrə-tekstil üçün 109 (yüz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffman üçün 1207 (min iki yüz yeddi) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, ümumilikdə 2262 (iki min iki yüz altmış iki) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 42 (qırx iki) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Electrolux, mikrodalğalı Soba Samsunq, mini soba Hoffman üçün 489 (dörd yüz səksən doqquz) manat 40 (qərx) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Soft-yumşaq künc mebeli, Solit qonaq-jurnal masa üçün 252 (iki yüz əlli iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat 10 (on) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Yorğan-tekstil, Bornoz-tekstil, mətbəx dəsmalı, süfrə-tekstil üçün 109 (yüz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffman üçün 1207 (min iki yüz yeddi) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, ümumilikdə 2262 (iki min iki yüz altmış iki) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar