Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-697/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 889 (səkkiz yüz səksən doqquz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün, 783 (yeddi yüz səksən üç) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon üçün 205 (iki yüz beş) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə 2783 (iki min yeddi yüz səksən üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat 83 (səksən üç) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09.O5.2O21-Cİ il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV, Samsung LED TV, İmei kodu **********26253 HUAWEİ MATEPAD markalı tablet, İmei kodL ********** SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 2783 (iki min yeddi yüz səksən üç) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1606.2 (bir min altı yüz altı manat iyirmi qəp) manat (18 ay x 80.9 manat + 150 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 978 (doqquz yetmiş səkkiz) manat olmaqla ondan, 889.6 (səkkiz yüz səksən doqquz manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88.4 (səksən səkkiz manat qırx qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1177.2 (bir min yüz yetmiş yeddi manat iyirmi qəp) manat (18 ay x 65.4 + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla ondan, 783.7 (yeddi yüz səksən üç manat yetmiş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78.3 (yetmiş səkkiz manat otuz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 871 (səkkiz yüz yetmiş bir) manat (12 ay x 64.25 manat +100 manat ilkin ödəniş) İmei kodu **********26253 HUAWEİ MATEPAD markalı tablet üçün ümumilikdə, 717 (yeddiyüz on yeddi) manat olmaqla ondan 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmş beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 354 (üç yüz əlli dörd) manat (12 ay x 29.5 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********83974 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 226 (iki yüz iyirmi altı) manat otmaqla ondan, 205.5 (iki yüz beş manat əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.5 (iyirmi manat əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh iddiaçıya cəmi 1477.6 manat ödəniş etmişdir. Cavabdehə mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV 1606.2 manata, 18 ay müddətinə hər ay 80.9 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV 1177.2 manata, 18 ay müddətinə, hər ay 65.4 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet 871 manata, 12 ay müddətinə hər ay 64.25 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon 354 manata, 12 ay müddətinə, hər ay 29.5 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 889 (səkkiz yüz səksən doqquz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün, 783 (yeddi yüz səksən üç) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon üçün 205 (iki yüz beş) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 50 (əlli) qəpik cərimə, ümumiilikdə 2783 (iki min yeddi yüz səksən üç) manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlamış müqavilə üzrə cavabdehin götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 889 (səkkiz yüz səksən doqquz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün, 783 (yeddi yüz səksən üç) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon üçün 205 (iki yüz beş) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 50 (əlli) qəpik cərimə, ümumiilikdə 2783 (iki min yeddi yüz səksən üç) manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 889 (səkkiz yüz səksən doqquz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün, 783 (yeddi yüz səksən üç) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon üçün 205 (iki yüz beş) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə 2783 (iki min yeddi yüz səksən üç) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 47 (qırx yeddi) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 889 (səkkiz yüz səksən doqquz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün, 783 (yeddi yüz səksən üç) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26253 HUAWEİ Materad markalı tablet üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83974 Samsung Galaxy A12 markalı telefon üçün 205 (iki yüz beş) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 50 (əlli) qəpik cərimə, ümumiilikdə 2783 (iki min yeddi yüz səksən üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-697/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-697/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver