Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-701/2025 15.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 noyabr 2023-cü il tarixli, ******* saylı və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən, İMEİ KOD: **********53087, “SAMSUNG GALAXYZ FLİP 5” markalı telefon, “VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER”, “ÜTÜ TEFAL”, “ÜTÜ PHİLİPS” markalı ütü almış və nəticədə 2272.11 (iki min iki yüz yetmiş iki manat on bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:
1. 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 3704.04 (üç min yeddi yüz dörd manat sıfır dörd qəpik) manat (18 ay x 205.78 manat + 0.00 manat ilkin ödəniş) İMEİ KOD: **********53087, “SAMSUNG GALAXYZ FLİP 5” markalı telefon “VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER” üçün ümumilikdə 1453.38 (min dörd yüz əlli üç manat otuz səkkiz qəpik) manat olmaqla ondan, 1299.80 manat ödənilməmiş hissə, X1 ödənilən 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 129.98 manat cərimə,
2. 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 744.30(yeddi yüz qırx dörd manat otuz qəpik) manat (18 ay x 41.35 manat + 0 manat ilkin ödəniş) “ÜTÜ TEFAL, ÜTÜ PHİLİPS” markalı ütü üçün ümumilikdə, 818.73 (səkkiz yüz on səkkiz manat yetmiş üç qəpik) manat olmaqla ondan, 744.30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.43 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 2404.24 (iki min dörd yüz dör manat iyirmi dörd qəpik) manat təşkil edir. İddiaçının tələbi: 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1299 manat 80 qəpik, X1 ödənilən 23 manat 60 qəpik rüsum, cərimə qismində 129 manat 98 qəpik və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 744.30 manat, cərimə qismində 74.43 manat, cəmi 2272.11 manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42.73 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin irəli sürdüyü iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 12 noyabr 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan İMEİ KOD: **********53087, “SAMSUNG GALAXYZ FLİP 5” markalı telefon “VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER” markalı telefon almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 205.78 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1453.38 (min dörd yüz əlli üç manat otuz səkkiz qəpik) manat məbləğindədir. 25 oktyabr 2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan “ÜTÜ TEFAL, ÜTÜ PHİLİPS” markalı ütü almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 41.35 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 818.73 (səkkiz yüz on səkkiz manat yetmiş üç qəpik) manat məbləğindədir. 12 noyabr 2023-cü il tarixli və 25 oktyabr 2024-cü il tarixli bildirişə əsasən, 12 noyabr 2023-cü il tarixli, ******* saylı və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 12 noyabr 2023-cü il tarixli, ******* saylı və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən İMEİ KOD: **********53087, “SAMSUNG GALAXYZ FLİP 5” markalı telefon “VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER” markalı telefon və “ÜTÜ TEFAL, ÜTÜ PHİLİPS” markalı ütü qüsursuz halda təhvil alınmışdır. 04 mart 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1299 manat 80 qəpik, X1 ödənilən 23 manat 60 qəpik rüsum, cərimə qismində 129 manat 98 qəpik və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 744.30 manat, cərimə qismində 74.43 manat, cəmi 2272.11 (iki min iki yüz yetmiş iki manat on bir qəpik) manat borcu vardır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 noyabr 2023-cü il tarixli, ******* saylı və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən, İMEİ KOD: **********53087, “SAMSUNG GALAXYZ FLİP 5” markalı telefon, “VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER”, “ÜTÜ TEFAL”, “ÜTÜ PHİLİPS” markalı ütü almış və nəticədə 2272.11 (iki min iki yüz yetmiş iki manat on bir qəpik) manat borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 9 manat, 02 may 2024-cü il tarixli, 14025762 saylı müqavilə üzrə 9 manat və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 7 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1299 manat 80 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, cərimə qismində 9 manat və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 744.30 manat, cərimə qismində 7 manat olmaqla, cəmi 2083.50 (iki min səksən üç manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 42.73 manat dövlət rüsumunun 35 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
“ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 12 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1299 manat 80 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, cərimə qismində 9 manat və 25 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 744.30 manat, cərimə qismində 7 manat olmaqla, cəmi 2083.50 (iki min səksən üç manat əlli qəpik) manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova