Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-711/2024 07.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehna qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon üçün 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 453 (dörd yüz əlli üç) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 634 (altı yüz otuz dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF almış və nəticədə 634 (altı yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 837 (səkkiz yüz otuz yeddi) manat (18 ay x 46.5 manat + 0 manat ilkin ödəniş İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 875.52 (səkkiz yüz yetmiş beş manat əlli iki qəpik) manat (18 ay x 48.64 manat + 0 manat ilkin ödəniş) İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 499 (dörd yüz doxsan doqquz) manat olmaqla ondan, 453.37 (dörd yüz əlli üç manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 45.63 (qırx beş manat altmış üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1136.15 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefonu alqı-satqı qiyməti 837 manata 18 ay müddətinə hər ay 46.5 manat ödəmək şərti ilə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF alqı-satqı qiyməti 875.52 manata 18 ay müddətinə hər ay 48.64 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon üçün 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 453 (dörd yüz əlli üç) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 634 (altı yüz otuz dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon üçün, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 453 (dörd yüz əlli üç) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 634 (altı yüz otuz dörd) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72704 SAMSUNG GALAXY A32 markalı telefon üçün 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********43666 SAMSUNG GALAXY A23 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 453 (dörd yüz əlli üç) manat 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 634 (altı yüz otuz dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-711/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-711/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver