Məhkəmə qərarları › İş №e-2(022)-79/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-79/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-79/2025 21.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığortalanmış «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 50 qəpik, cəmi 5.019 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Qala Sığorta» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı sığortalanmış «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 50 qəpik, cəmi 5.019 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin nümayəndəsi M.S.Səfərov məhkəmə iclasında iddi tələbini müdafiə edərək göstərdi ki, “Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil «Qala Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən PQA230679958 nömrəli sığorta şəhadətnaməsi əsasında 22 aprel 2023-cü il tarixdə 1 il müddətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Həmin sığorta müqaviləsi üzrə X7 sığortalı qismində çıxış etmişdir. 30 aprel 2023-cü il tarixdə sığorta predmeti olan «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh Bakı şəhəri, Bakıxanov küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin avtoqəza nəticəsində «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış və 01 may 2023-cü il tarixli yekun qüsur aktına əsasən «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4.950 manat məbləğində ziyan dəymişdir. Həmin hadisə ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi qismmində 4.950 manat məbləğində pul vəsaiti «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı «Xalq Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmişdır. Daha sonra isə həmin məbləğ qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün nəzərdə tutulmuş “loto” sistemi vasitəsilə iddiaçı tərəfindən zərərçəkənin sığortaçısına - «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinə ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən, habelə sərxoş vəziyyətdə istismar edilməsi halında və ya həmin şəxs yolnəqliyyat hadisəsi yerindən yayındıqda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İndiki vəziyyətdə Cavabdeh nəqliyyat vasitəsini sürücülük onu idarə etmək hüququ olmadan idarə edərək digər avtomaşına zərər vurduğuna, iddiaçı sığorta şirkəti isə həmin avtomaşına sığorta ödənişi həyata keçirdiyinə görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də iddiaçı 03 aprel 2024-cü il tarixli, 0422/24 nömrəli məktubla Cavabdeh qarşı 4.950 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi sonuncudan tələb etmişdir. Lakin Cavabdeh hazırki tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbini təmin etməmiş və buna görə də iddiaçı həmin tələbin məcburi qaydada təmin edilməsi məqəsdi ilə məhkəməyə mürcaiət etmək məcburiyyətində qlamışdır. Sonda, iddiaçının nümayəndəsi M.S.Səfərov Cavabdeh subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə 4.950 manat məbləğində pulun və 69 manat 50 qəpik məbləğində dövlət rüsumunun, cəmi 5.019 manat 50 qəpik məbləğində pul vəsaitinin tutularaq, iddiaçı «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 30 aprel 2023-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 30 aprel 2023-cü il tarixdə, saat 11:50-də Bakı şəhərində hadisə vaxtı Cavabdeh tərəfindən idarə edilmiş və X1 mülkiyyətində olan «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtoqəzanın baş verməsində «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli, «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 isə zərərçəkən şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, hadisə baş verdiyi vaxt - 30 aprel 2023-cü il tarixdə «Mercedes Benz C240» markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil «Qala Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış olmuşdur. Həmin müqavilə üzrə sığortalı qismində X7 çıxış etmişdir. Mülki işdə olan 01 may 2023-cü il tarixli, 055041 saylı yekun qüsur aktının surətindən görünür ki, 30 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4.950 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli, ZBT141084/23 nömrəli ödəniş aktının və 06 iyun 2023-cü il tarixli, 276 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, müştəri «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin tapşırığı əsasında “ASC Xalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən 4.950 manat məbləğində sığorta ödənişi təyinatlı pul vəsaiti üçün X4 təqdim edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında 23 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, 30 aprel 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, «Mercedes Benz C240» markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Qala Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən icbari qaydada sığortalanmış və həmin sığorta müqaviləsi üzrə sığortalı qismində X7 çıxış etmişdir. Həmin müqavilə üzrə sığortalı qismində X7 çıxış etmiş, Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X1 mülkiyyətində olmuşdur. 30 aprel 2023-cü il tarixdə, saat 11:50-də Bakı şəhəri, Azadlıq prospekti, Bakıxanov küçəsində «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtoqəza vaxtı «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli, «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 isə zərərçəkən şəxs qismində tanınmışdır. Baş vermiş avtoqəza nəticəsində «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4.950 manat məbləğində ziyan dəymişdir. Buna görə də cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən 4.950 manat məbləğində sığorta ödənişi «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı «Xalq Sığorta» açıq səhmdar cəmiyyətinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.6-cı maddəsinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Həmin Məcəllənin 888.2-ci maddəsinin tələbinə görə əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələb; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd və s. mövcud olduqda, sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 və 936.5-ci maddələrin görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İşdə olan sübutlarla təsdiq olunur ki, sığorta predmeti olan «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmasına və həmin sığorta müqaviləsi üzrə sığortalı qismində X7 çıxış etməsinə baxmayaraq, sığorta hadisəsinin əsasını təşkil edən yol-nəqliyyat hadisəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Cavabdeh təqsiri ucbatından baş vermişdir və iddiaçı subroqasiya tələbi ilə sığortalı X5 qarşı deyil, faktiki zərər vurmuş şəxs olan Cavabdeh qarşı iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirmədiyi təqdirdə, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxs mülki hüquq pozuntusu törətdiyi zaman yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3cü maddəsinin tələbinə görə də sığorta predmetinin onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində sığorta hadisəsi baş verdikdə, subroqasiya hüququ sığortalıya və yaxud sığorta olunana qarşı yaranır. Bir şərtlə ki, sığortalı və ya sığorta olunan həmin əmlakın onun xəbəri olmadan istismar edildiyini sübuta yetirməsin. Lakin iddiaçı məhkəməyə Cavabdeh «Mercedes Benz C240» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququ və ya hər hansı qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik etdiyinə dair, o cümlədən sığorta predmetinin sığortalı şəxsin - X3 xəbəri olmadan cavabdeh tərəfindən istismar edildiyinə və ya V.S.Əliyevin hazırki sığorta münasibətləri üzrə sığortalı və sığorta olunan olmasına dair heç bir sübut təqdim etməmiş, iddianın faktiki əsası kimi yalnız İ.V.Əliyevin barəsində tətbiq edilmiş 20 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında 23 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərara istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığortalanmış «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.950 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Qala Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığortalanmış «Kia Sorento» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 50 qəpik, cəmi 5.019 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar