Məhkəmə qərarları › İş №e-2(022)-791/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-791/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-791/2025 13.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8.430 manat 43 qəpik, cərimə qismində 843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8.430 manat 43 qəpik, cərimə qismində 843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 13 may 2025-ci il tarixə təyin edilmişdir. 30 aprel 2025-ci il tarixdə iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı razılıq əldə edildiyini bildirmiş və iddia ərizəsinin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8.430 manat 43 qəpik, cərimə qismində 843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarıldığına görə, iddiaçı tərəfindən 07 aprel 2025-ci il tarixdə, “Elektron hökumət” ödəniş portalı vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli qəbzlə dövlət rüsumu qismində ödənilmiş 112 manat 73 qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 30 noyabr 2021-ci il tarixli, 06/21-120 saylı xam pambığın alqı-satqısına dair müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8.430 manat 43 qəpik, cərimə qismində 843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 07 aprel 2025-ci il tarixdə, “Elektron hökumət” ödəniş portalı vasitəsilə 14221103 büdcə təsnifat kodu üzrə ********** nömrəli qəbzlə dövlət rüsumu qismində ödənilmiş 112 (bir yüz on iki) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti İddiaçınə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar