Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-815/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli BXK10861 nömrəli müqavilə üzrə 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, BXK10861 nömrəli alqısatqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 müddətinə hissə-hissə hər ay üçün 86 manat ödəmək şərti ilə, 1083.85 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafıki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir.Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir.Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, BXK10861 saylı müqavilə üzrə qalıq borcu 140 manat təşkil edir.Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 450.66 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 135.19 manat təşkil edir.Hazrda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, BXK10861 saylı müqavilə üzrə 140 manat qalıq borcu, 135.19 manat cərimə borcu olmaqla, cəmi 275.19 manat borcu yaranmışdır.Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmş 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən,"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmş xx.xx.2019-cu -cu tarixli, BXK10861 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. ‘Optimal Elektronika” MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu tarixli, BXK10861 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixli BXK10861 saylı nisyə satış müqaviləsi üzrə Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BLSK01861 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1083.85 manat dəyərində nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 86 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İşdə olan “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatının “ alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BXK10861 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ödənilməmiş 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh nisiyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə nisiyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ödənilməmiş borc qismində 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli BXK10861 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş borc qismində 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Optimal Finance» Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc qismində 140 (yüz qırx) manat qalıq borcu və 135 (yüz otuz beş) manat 19 (on doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat 19 (on doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-815/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-815/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver