Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-822/2023 28.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və X1 qarşı 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 1.080 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 80 qəpik, bank xidmət haqqı qismində 40 qəpik və məktubların göndərilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 04 manat 40 qəpik, cəmi 1.115 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 08 iyun 2023-cü il tarixdə İddiaçı Cavabdeh və X1 qarşı 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 1.080 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 80 qəpik, bank xidmət haqqı qismində 40 qəpik və məktubların göndərilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 04 manat 40 qəpik, cəmi 1.115 manat 60 qəpik məbləğində məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(022)-822/2023 saylı qərardadı ilə İddiaçı təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyinə və iş üzrə əlavə araşdırmanının aparılması zərurəti yarandığına görə İddiaçı Cavabdeh və X1 qarşı 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 1.080 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 80 qəpik, bank xidmət haqqı qismində 40 qəpik və məktubların göndərilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 04 manat 40 qəpik, cəmi 1.115 manat 60 qəpik məbləğində məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi iddia icraatı qaydada baxılması müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edir. Beləliklə, iş materiallarında olan geri qaytarılmış poçt göndərişindən (məktubdan) görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi “İmişli şəhəri, H.Əliyev prospekti, 210” ünvanına məhkəmə bildirişləri və məhkəmə qərardadı poçt vasitəsi ilə göndərilmiş, lakin həmin məktub “Ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa, işdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, İddiaçı elektron kabinetinə 2(022)-822/2023 saylı iş üzrə bütün bildirişlər və məhkəmə qərarları yerləşdirilmişdir. Həmçinin işdə olan poçt göndərişlərinin verilməsi haqqında xəbarnamələrdən görünür ki, Cavabdeh onun ünvanına göndərilmiş bütün məhkəmə bildirişlərini əldə etmiş və bunu xəbarnamələrə imza etməklə təsdiq etmişdir. Beləliklə, iş üzrə tərəflər məhkəmə iclaslarının vaxtı barədə poçt vasitəsi ilə lazımi qaydada xəbardar edilmişlər. Lakin İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvan yanlış olmuş və sonuncu Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı elektron kabineti vasitəsi ilə bütün məhkəmə iclasların vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Buna görə də işdə olan sənədlərlə tərəflərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmələri təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər və ya iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh və X1 qarşı 27 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 1.080 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 80 qəpik, bank xidmət haqqı qismində 40 qəpik və məktubların göndərilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 04 manat 40 qəpik, cəmi 1.115 manat 60 qəpik məbləğində məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-822/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-822/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver