Məhkəmə qərarları › İş №e-2(022)-823/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-823/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-823/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat əsas, 43 (qırx üç) manat 01 (sıfır bir) qəpik cərimə borcu, cəmi 322 (üç yüz iyirmi iki) manat 01 (sıfır bir) qəpik, həmçinin 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “Ventto Electronics" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə 17 oktyabr 2022-ci ildə bağlanmış 137674 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 279 manata nisyə mobil telefon satmışdır.Cavabdeh həmin məbləği hər ay 23,25 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 17-dək ödəməyi öz üzərinə götürmüşdür.Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 279 manat əsas, həmin gün üçün hesablanmış 14,95 (23,25xl%=0,23x65gün=14,95) manat cərimə, 293,95 manat ümumi borc tələb edilmişdir.Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 279 manat əsas, xx.xx.2022-ci il tarixədək hesablanmış 43,01 (23,25xl%=0,23xl87gün=43,01) manat cərimə, 322,01 manat ümumi borcu yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (nümayəndələri) məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İddiaçı ilə müqavilə bağlayaraq, İMEİ kodu **********35100 Tecno POP 6 Pro 2/32GB markalı telefonu 12 ay müddətinə hər ay 23.25 manat ödəmək şərti ilə 279 manat məbləğinə iddiaçıdan almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35100 Tecno POP 6 Pro 2/32GB markalı telefon üçün 279 (iki yüz yetmiş doqquz) manat əsas, 43 (qırx üç) manat 01 (sıfır bir) qəpik cərimə borcu, cəmi 322 (üç yüz iyirmi iki) manat 01 (sıfır bir) qəpik borc təşkil etmişdir. İşdən göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış adıçəkilən müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya hazırda tələb edilən miqdarda borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə uyğun olaraq hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35100 Tecno POP 6 Pro 2/32GB markalı telefon 279 (iki yüz yetmiş doqquz) manat əsas, 43 (qırx üç) manat 01 (sıfır bir) qəpik cərimə borcu, cəmi 322 (üç yüz iyirmi iki) manat 01 (sıfır bir) qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 137674 saylı alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********35100 Tecno POP 6 Pro 2/32GB markalı telefon üçün 279 (iki yüz yetmiş doqquz) manat əsas, 43 (qırx üç) manat 01 (sıfır bir) qəpik cərimə borcu, cəmi 322 (üç yüz iyirmi iki) manat 01 (sıfır bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğlərində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar