Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-838/2025 15.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 10 avqust 2023-cü tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 aprel 2025-ci il tarixə 681.14 manat gecikdirilmiş əsas, 750.52 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 116.90 manat dəbbə pulu, ümumilikdə 1548.56 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LT” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 509.46 manat, ümumilikdə isə 33868 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33868 manatın 24250 manatı əsas məbləğ təşkil edir. 18 noyabr 2024-cü il tarixdə X2, X5 və İddiaçı MMC arasında AZL-215 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 avqust 2023-cü il tarixli AZL- 215 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. 26 noyabr 2024-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında AZL- 215 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə dəqiqləşmə ərizəsi göndərərək göstərmişdir ki, Cavabdeh 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 may 2025-ci il tarixə 1277.06 manat gecikdirilmiş əsas, 1173.4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 773.18 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220.80 manat, ümumilikdə 3444.44 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X1 arasında bağlanmış 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LT” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 509.46 manat, ümumilikdə isə 33868 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli müqavilədən görünür ki, X2, X5 və İddiaçı MMC arasında AZL-215 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli müqavilədən görünür ki, X5, Cavabdeh və İddiaçı MMC arasında AZL-215 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X5 ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. AZL-215 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.250 manata 60 ay müddətinə illik 16% ödəmək şərti ilə almışdır. İş materiallarında olan Azərmaş MMC-nin Servis Mərkəzinin qüsur aktından görünür ki, “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 220.80 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdehnın 10 avqust 2023-cü il tarixli AZL-215 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 26 may 2025-ci il tarixə gecikdirilmiş əsas borcu 1277.06 manat, 1173.4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 773.18 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220.80 manat, ümumilikdə borcu 3444.44 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdehnın "xxxx" MMC-yə əsas borcu 1277.06 manat, 1173.4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 773.18 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220.80 manat, ümumilikdə 3444.44 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsin əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının işin müəyyən edilmiş halları üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı iddia tələbində haqlıdır.Lakin məhkəmə iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 773.18 manat məbləğdə dəbbə borcunun 70 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərmaş MMC-nin xeyrinə 1277.06 manat gecikdirilmiş əsas, 1173.4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 70 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220.80 manat, ümumilikdə 2741,26 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 47 (qırx yeddi) manat 41 (qırx bir) qəpik məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1277 (min iki yüz yetmiş yeddi) manat 06 (sıfır altı) qəpik əsas borc, 1173 (min yüz yetmiş üç) manat 40 (qırx) qəpik mükafat və 70 (yetmiş) manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LT” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220 (iki yüz iyirmi) manat 80 (səksən) qəpik, ümumilikdə 2741 (iki min yeddi yüz qırx bir) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 47 (qırx yeddi) manat 41 (qırx bir) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-838/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-838/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver