Məhkəmə qərarları › İş №e-2(022)-906/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-906/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-906/2025 22.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh borc müqaviləsinə (müqavilələrinə) əsasən 1255 (bir min iki yüz əlli beş) manat əsas borc, 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu, cəmi 1288 (bir min iki yüz səksən səkkiz) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2861 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1255 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2020-ci il tarixli BLK5815065 saylı borc müqaviləsinə əsasən 1255 (bir min iki yüz əlli beş) manat əsas borc, 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1288 (bir min iki yüz səksən səkkiz) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, 2020-ci ildə İddiaçı MMC-dən məişət avadanlığı götürdüyünü və həmin malın pulunu müqavildə göstərilən müddət ərzində ödədiyini, bundan əlavə iddia müddətinin keçməsini əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BLK5815065 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 2861 manat olan məişət avadanlığını 18 ay müddətinə, hər ay 135 manat ödəmək şərtilə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında Cavabdeh 2020-ci ildə İddiaçı MMC-dən 18 ay müddətinə ödəmək şərti ilə məişət avadanlığı əldə etdiyini, lakin nisyə aldığı malın pulunu müqavilədə göstərilən 18 ay müddətində iddiaçıya ödədiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək borc müqaviləsi üzrə iddia müddətinin keçməsinə görə İddiaçı MMC-nin ona qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır”. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli BLK5815065 saylı borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə 2861 manat dəyərində məişət avadanlığı verilmişdir. Alqı-satqı müqaviləsi üzrə müddətin bitməsinə baxmayaraq üç il ərzində İddiaçı tərəfindən cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürülməmişdir. İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixdə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2020-ci il tarixli BLK5815065 saylı borc müqaviləsi üzrə İddiaçı MMC-dən 18 ay müddətinə 2861 manat dəyərində məişət avadanlığı götürmüş və İddiaçı MMC Cavabdeh qarşı iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2020-ci il tarixli BLK5815065 saylı borc müqaviləsindən irəli gələn iddia tələbinə iddia müddəti tətbiq edilməli, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 1255 (bir min iki yüz əlli beş) manat əsas borc, 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu, cəmi 1288 (bir min iki yüz səksən səkkiz) manat pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar