Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-913/2023 31.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Enya EY462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2 L üçün 250 (iki yüz əlli) AZN ödənilməmiş hissə, 25 (iyirmi beş) AZN cərimə, xx.xx.2022-ci il müqaviləsi üzrə SF 2 MP (38134) 2L markalı qəbuledici üçün 130 (yüz otuz) AZN ödənilməmiş hissə, 13 (on üç) AZN cərimə, ümumilikdə 418 (dörd yüz on səkkis) AZN borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Şamıl oğlundan İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Enya EY462 DRW markalı eşitmə aparatı, SF 2 WP <38134) 2L, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SF 2 MP (GN RE Sound) (76439) 2L markalı qəbuledici almış və nəticədə 418 (dörd yüz on səkkis) AZN borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1610 (min altı yüz on) manat (23 qu x 50 manat + 460 manat ilkin ödəniş) olan Enya EY 462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2Lüçün 275 (iki yüz yetmiş beş) AZN olmaqla, ondan 250 (iki yüz əlli) AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə pulu borcu, xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 169 (yüz altmış doqquz) manat (12 ay x 13 manat + 13 manat ilkin ödəniş) olan SF 2 MP (38134) 2L markalı qəbuledici üçün 143 (yüz qırx üç) AZN olmaqla, ondan 130 (yüz otuz) AZN ödənilməmiş lassə, müştəriyə güzəşt olunaraq 13 (on üç) AZN cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya hər iki müqavilə üzrə cəmi 1399 (min üç yüz doxsan doqquz) manat ödəniş etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə tesabanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Enya EY 462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2L 1610 manata, 23 ay müddətinə hər ay 50 manat və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SF 2 MP (38134) 2L markalı qəbuledici 169 manata 12 ay müddətinə hər ay 13 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Enya EY 462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2L üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2022-ci müqavilə üzrə SF 2 MP (38134) 2L markalı qəbuledici üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə,13 (on üç) manat cərimə, ümumilikdə 418 (dörd yüz on səkkis) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2021-ci il tarixli müqavilə üzrə Enya EY462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2L üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2022-ci müqavilə üzrə SF 2 MP (38134) 2L markalı qəbuledici üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə,13 (on üç) manat cərimə, ümumilikdə 418 (dörd yüz on səkkis) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Enya EY462 DRW markalı eşitmə aparatı, SF 2 MP (38134) 2L üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2022-ci il müqaviləsi üzrə SF 2 MP (38134) 2L markalı qəbuledici üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə,13 (on üç) manat cərimə, ümumilikdə 418 (dörd yüz on səkkis) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-913/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-913/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver