Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-947/2023 31.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1645 (min altı yüz qırx beş) manat 04 (sıfır dörd) qəpik ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41089 X1 11 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87547 X1 11 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 3152 (üç min yüz əlli iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 52 (əlli iki) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV, İMEİ kodu **********41089 X1 11markalı telefon və İMEİ kodu **********87547 X1 11 markalı telefon almış və nəticədə 3152 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1653.04 manat (18 ay x 91.42 manat + 7.48 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə 1810 manat olmaqla ondan 1645.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 164.96 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 732 manat (12 ay x 60 manat + 12 manat ilkin ödəniş) İMEİ Kodu **********41089 X1 11 markalı telefon üçün ümumilikdə 792 manat olmaqla ondan 720 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə alqı-satqı qiyməti 600 manat (12 ay x 50 manat+ 0 manat ilkin ödəniş) İmei Kodu **********87547 X1 11 markalı telefon üçün ümumilikdə 550 manat olmaqla ondan 500 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya cəmi 120 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV 1653.04 manata, 18 ay müddətinə, hər ay 91.42 manat ödəmək şərti ilə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********41089 X1 11 markalı telefonu 732 manata, 12 ay müüddətinə, hər ay 60 manat ödəmək şərti ilə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87547 X1 11 markalı telefonu 600 manata, 12 ay müddətinə hər ay 50 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1645 (min altı yüüz qırx beş) manat 04 (sıfır dörd) qəpik ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41089 X1 11 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87547 X1 11 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 3152 (üç min yüz əlli iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1645 (min altı yüüz qırx beş) manat 04 (sıfır dörd) qəpik ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41089 X1 11markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87547 X1 11 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 3152 (üç min yüz əlli iki) məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 51 (əlli bir) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1645 (min altı yüz qırx beş) manat 04 (sıfır dörd) qəpik ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********41089 X1 11 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87547 X1 11 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə 3152 (üç min yüz əlli iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-947/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-947/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver