Məhkəmə qərarları › İş №e-2(022)-948/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-948/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-948/2024 29.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1056 (min əlli altı) manat 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 105.07 (yüz beş manat yeddi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 190 (yüz doxsan) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 72 (yetmiş iki) qəpik Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, LG LED TV, İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 1372 (min üç yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2819.98 (iki min səkkiz yüz on doqquz maant doxsan səkkiz qəp) manat (18 ay x 151.11 manat + 100 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə 1162 (min yüz altmış iki) manat olmaqla, ondan 1056.93 (min əlli altı manat doxsan üç qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 105.07 (yüz beş manat yeddi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 805.5 (səkkiz yüz beş manat əlli qəp) manat (18 ay x 44.75 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 210 (iki yüz on) manat olmaqla, ondan 190.5 (yüz doxsan manat əlli qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.5 (on doqquz manat əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2378.05 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV 12 markalı telefonu 2819.98 manata, 18 ay müddətinə hər ay 151.11 manat ödəməklə və xx.xx.2022ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefonu 805.5 manata 18 ay müddətinə hər ay 44.75 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1056 (min əlli altı) manat 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 105.07 (yüz beş manat yeddi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 190 (yüz doxsan) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə borc 1372 (min üç yüz yetmiş iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1056 (min əlli altı) manat 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 105.07 (yüz beş manat yeddi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 190 (yüz doxsan) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 33 (otuz üç) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1056 (min əlli altı) manat 93 (doxsan üç) qəpik əsas borc, 105.07 (yüz beş manat yeddi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********45106 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 190 (yüz doxsan) manat 50 (əlli) qəpik əsas borc, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə, ümumilikdə 1372 (min üç yüz yetmiş iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 72 (yetmiş iki) qəpik pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar